Memmed Qedir

2016-08-19 19:18:07 / 15755 dəfə oxunub
Qədirov Məmməd Əmrəddin oğlu. (Məmməd Qədir) 1960-cı ildə Xaçmaz şəhərində anadan olub. Hal-hazırda rayonun Mürşüdoba kəndində yaşayır. Dörd şeir kitabının müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Onlarla şeir və nəsr kitablarının redaktoru, Xaçmazın ilk iki ədəbi almanaxlarının yaradıcısı və redaktorudur. Ailəlidir, iki övladı, iki nəvəsi var.
Qədər Heç nə durultmaz qanımı,
Sevgilimin səsi qədər.
Varlığın rəhmət qazanır,
Bir qovaq kölgəsi qədər.
Səninlə qış tutmaz məni,
Özgə bülbül ötməz məni,
Heç nə xoşbəxt etməz məni,
"Sevirəm "kəlməsi qədər.
Sənə səcdə etmək peşəm,
Qıyma, gülüm olsun həşəm,
Mərdiməzar görməmişəm,
Yaxanın düyməsi qədər
Sahili sənsən selimin,
Bildiyi sənsən dilimin,
Müqəddəssən, eşq dinimin,
Məkkəsi, Kəbəsi qədər.
Necə əfsun, necə sirsən,
Qurban kəsildiyim pirsən,
Mənə həyat bəxş edirsən,
Tanrının nəfəsi qədər.
Canım
Məni niyə bağlamısan,
Bu qədər özünə, canım?
Gözüm yaman gözəlləşib,
Baxdıqca gözünə, canım.
Güllər gülür budağından,
Bal süzülür dodağından,
Öpümmü əl ayağından,
Söylə, könlünün qəsdi nə,
Düşümmü dizinə, canım?
Qəm hücum çəkir üstümə,
Kamına çəkdin canımı,
Gözüm kor olur tüstünə,
Aşiqəm közünə, canım.
Kamil etdin imanını,
Aləmi heyran edərəm,
Bir möhür kimi alnımı,
Qoyuram izinə, canım.
Cəngə girib qan edərəm,
"Sevirəm "sözünə, canım...
Canımı qurban edərəm,

Vəssalam İndi bacarsanız
Siz dözün mənə,
Ağrıyam, acıyam, aham - vəssalam.
Qul tək boyun əydim alın yazıma,
Daha öz özümə şaham, - vəssalam.
Hər gün bayramıdır, toyu, - dərdlərin,
Məndən uca gəlir boyu dərdlərin,
Elə nərə çəkir ayı dərdlərim,
Uçulur mağaram, kaham, vəssalam.
Hər keçən gün mənə dərd ilişdirib,
Qayanı çapdırıb, torpaq eşdirib,
O qədər dərd çəkib , qəm didişdirib,
Cırılıb sökülüb yaxam, vəssalam.
Fələklər bəxtimi gec əkmiş - demə,
Ömrümə yubandım, gecikmiş demə,
Dünya bir sevdadan kiçikmiş demə,
Son ümid boydadır cahan, vəssalam.
Dəfn edib ən körpə arzularımı,
İtirib yaşılı tapdım sarımı,
Az döyün könlümün qapılarını,
Daha öz içimdə yoxam, - vəssalam...

Yuvaları Yenə dərd çıxardıb, qəm böyüdəcək,
Dolub ürəyimin boş yuvaları.
Quru kirpiklərim qəm çör-çöpüdü,
Gözlərim kədərin yaş yuvaları.
Göz yaşım işıldaquş kimi gəzər,
Bir damla işığı qəlbinə süzər,
Yarpaqlar gəzdirən tabuta bənzər,
Baharın qoynunda qış yuvaları.
Yaz gələr, dünyanı çölə çıxardar,
Dağlar ətəyinə lalə çıxardar,
Arzular, ümidlər bala çıxardar,
Yenə cəh-cəh vurar quş yuvaları.
Ayrılıq dondurub, qışa dönübdür,
Ruhu uçub gedib quşa dönübdür,
Sevgisiz qaldıqca daşa dönübdür,
Qoy salım qəlbimə daş yuvaları...

Bu imiş Bir eşq meyvəsini dadıb dirildim,
Ruhuma can verən qida bu imiş.
İlahi bir səhvə qurban gedirəm,
Can fəda etməli xəta bu imiş.
"Sevirəm " sözündən danım söküldü,
Yaşılım göyərdi, sarım töküldü,
Dağlar silkələnib qarı töküldü,
Dünyanı titrədən nida bu imiş.
Bircə pıçıltınla çəkildi duman,
Gül açdı "bəlkə" lər, göyərdi güman,
Elə gecə-gündüz qəlbimə daman,
Yuxumu qaçıran səda bu imiş.
Duydum ürəyini, sevdim səsini,
Həyat bəxş eləyən gül nəfəsini,
Çəkdik başımıza eşq badəsini,
Röyada verilən buta bu imiş.
Bir bahar gətirdi qış çiçəkləri,
Əsdi ömrümüzdən eşq küləkləri,
Qondu çiynimizə eşq mələkləri,
Tanrıdan bəndəyə əta bu imiş...
Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!