Aysel Nəsirzadə - AĞLAYIM ŞEİR DİLİYLƏ

2016-09-02 11:35:11 / 13458 dəfə oxunub
Nəsirzadə Aysel Bəhram qızı.1986 cı-il dekabrın 20-si Zəngilan rayonunda doğulub.Bakı Dövlət Unverstetinin SEP-fakultəsinin Fəlsəfə ixtisası üzrə 2010cu-il məzunudur.2009 cu - ildə "SÜKUTDAN ASILMIŞ RUH " adlı ilk şeirlər kitabı çap olunub və bir neçə almanaxda şeirləri yer alıb.Ailəlidir 2 övladı var.

Hardadı o
Quş cıvıltılarıyla
Açılan səhər.

Günəş doğmadan öncə,
İnsanlar oyanmadan,

Düşmədən xəyallarımın üstünə
Boz bulanıq kölgələr.

AĞLAYIM ŞEİR DİLİYLƏ

Göz yaşının rəngi olmur,
Ağlayım şeir diliylə
Oxuyub söz-söz görəsən.

Gəlim yolun üstə durum,
Dönə bilsən bir gün geri
Bəlkə üzbəüz gələsən.

Min təsəlli bir sən etmir.
Çətin gəlir bilsən necə?!
Ürəyin qan ağlayanda,
Özün könülsüz güləsən.



BƏNZƏR TAZƏ GƏLİNƏ

Narıncı bel qurşağı,
Dolanıbdı iki qat
Nazlı göyün belinə.

Pambıq pambıq buludlar,
Bəmbəyaz fata olub
Sarı Günəş telinə.

Nə gözəldi göy üzü,
Dupduru, açıq mavi,
Bəzəyi düzəyilə
Bənzər tazə gəlinə.



GÜNƏŞ QÜRUB EDƏNDƏ


Hey yadıma düşürsən,
Günəş qürub edəndə.
Günəş qürub edirdi,
Sən ayrılıb gedəndə.

Günəşlə birgə batdı,
Bizə aid olanlar.
"Biz"qalmadı ortada,
Bir"sən"varsan bir"mən"var.

O gündən bugünədək,
Dəyişdi nələr nələr?!
Qovuşdu bizlə taytuş
Bir birini sevənlər.

Mən də çox dəyişmişəm
Bilmə həminki qaldım.
Hər gün bir addım səni,
Unutmağa yol aldım.


AYNALI QADIN


Qadının əlində ayna,
Əksində yad bir baxış.

Üzündə qısa ömrün uzun qırışları,
Ovcunda qıvrılan telləri.

Yaz qoxulu bu qadının,
Kim sovurdu yazına qış,
Qara qıvrım saçına qar.

Aynadan boylananın
Gözlərində giley-güzar,
Ürəyində dərdi sızlar.

Özüylə özgələşmiş,
Yadlığının bir səbəbi
Həsrət adlı illəti var .

HƏYATA YARI YAMAĞAM

Elə tutubdu tərsliyim,
Ağlamağa ərinirəm.
Mən yetimin fağır qızı,
Bəxti yavər görünürəm.

Ruhumda bir yorğunluq var,
Yükü ürəyimi əzib.
Deyingənəm bu aralar,
Öz anam da məndən bezib.

Dua etdim duyulmadı,
Əlim ətəyimə düşdü.
Günahlarım yuyulmadı,
Ölüm gəlib,son görüşdü.

Neçə ildi öyrəşməmiş,
Həyata yarı yamağam.
Hamı ev sahibi gəlmiş,
Bu dünyaya mən qonağam.


***
Ruhun yaxın dostu işıq,
Bədənin dostu kölgədir.

İnsan o vaxt məhv oldu ki,
Özü nəfsinə kölədir.

Bir məzarlıq kəfən saxla,
Yapışma dünya malından.

Xəbərin olsun arada,
Kimsəsiz-yetim halından.

Göyün üzü mavi tavan,
Yer ayaq altda xalıdır.

Etdiyin hər bir əməldən,
Gözəgörünməz halidır.

Aysel Nəsirzadə
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!