Zeynəb Dərbəndli - Şuşa mənim varım yoxum

2016-09-10 15:15:14 / 16199 dəfə oxunub
Dağıstan Azərbaycan
Yaşıllığ çöl çəmənim,
Göz bəbəyimdir mənim.
İki doəma vətənim,
Dağıstan Azərbaycan.

Tarixi, dastanı bir,
Böyük bir əfsanədir.
Mənimçün bərabərdir,
Dağıstan Azərbaycan.

Havası dərmanımdır,
Damarımda qanımdır.
Ürəyimdir canımdır,
Dağıstan Azərbaycan.

Eynidir qış baharı,
Qaynayır bulaqları.
Soyumun yadigarı,
Dağıstan Azərbaycan.

Keçmişdən şanlı izi,
Coşur qardaş dənizi.
Samur ayırdı sizi,
Dağıstan Azərbaycan.

Bir yurdsuz doğma əziz,
Havası suyu təmiz.
Zeynəbin fəxrisiniz,
Dağıstan Azərbaycan.

NİYƏ BÖLÜNSÜN VƏTƏN
Qaralıyığ, ağlıyığ,
Aranlıyığ, dağlıyığ.
Bizdə bu torpağlıyığ,
Niyə bölünsün Vətən?

Havası bir, suyu bir,
Baharı bir, yayı bir.
Əjdadı bir, soyu bir,
Niyə bölünsün Vətən?

Çörəyi, duzu birdir,
Göydə ulduzu birdir.
Xəzər Dənizi birdir,
Niyə bölünsün Vətən?

AFƏRİN
Ürəyimdə saf doğulan sevginin,
Zərrə zərrə öldürmüsən, afərin.
Dostu, yadı bu əzablı sevgimə,
Agah edib güldürmüsən, afərin.

Nə sevmədin, nə sevdirə bilmədin,
Acı axan göz yaşımı silmədin.
Can üstəydim, bir yaxına gəlmədin,
Dərdi yadla böldürmüsən, afərin.

Bu Zeynəbi, saldın acı sevdaya,
Hisslərimi tez sovurdun havaya.
Necə biri olduğunu hamıya,
Nəhayət ki bildirmisən, afərin.

ULU DƏRBƏND
Hündür geniş hasarları,
Dosta açıq qapıları.
Dədəm Qorqud yadigarı,
Ulu Dərbənd, ulu Dərbənd.

Səsin düşübdür hər yana,
Burda xəstə gəlir cana.
Bir bəzəkdir Dağıstana,
Ulu Dərbənd, ulu Dərbənd.

Küçələri eniş, dönüş,
Özü bir muzeyə dönmüş.
Ulu babalardan gəlmiş,
Ulu Dərbənd, ulu Dərbənd.

Qalan tacdır başımızda,
Həzin keçir qışımızda.
Ucalmısan qarşımızda,
Ulu Dərbənd, ulu Dərbənd.

Hər tarixdən silinməz iz,
Suyun şirin, havan təmiz.
Bizim üçün doğma, əziz,
Ulu Dərbənd, ulu Dərbənd.

Göy xəzəri aşar, coşar,
Tarixi özündə yaşar.
Zeynəb sənə nəğmə qoşar, 
Ulu Dərbənd, ulu Dərbənd. 

ANAM HARDASAN
Günlərim sənsiz olub,
Üzüm saralıb, solub.
Gözümə həsrət dolub,
Canım Anam hardasan?

Adın düşmür dilimdən,
Qorxum yoxdur ölümdən.
Qurtar məni zülümdən,
Canım Anam hardasan?

Yazıram bitmir sözüm,
Bu dərdə necə dözüm?
Səni axtarır gözüm,
Canım Anam hardasan?

Artıq yaşa dolmuşam,
Çiçək kimi solmuşam.
Dəli şair olmuşam,
Canım Anam hardasan?

Üzüm gülür, içim yox,
Sinəmdə həsrətli ox.
Sənsiz darıxıram çox,
Canım Anam hardasan?

Dərdlərimi bölmədin,
Göz yaşımı silmədin.
Niyə getdin, gəlmədin,
Canım Anam hardasan?

Mən Zeynəb qaldım yetim,
Mən sənə necə yetim?
Ey mənim həqiqətim,
Canım Anam hardasan?

HARDASAN
Güllü yazım, baharım,
İlk eşqım, ilk nübarım.
Ay mənim vəfadarım,
Hardasan?

Ürəyimi üzənim,
Dərd içində əzənim.
Bəlkə məndən bezənim,
Hardasan?

Əlinə çatmır əlim,
Yaman dolaşır dilim.
Ey divanə sevgilim,
Hardasan?

Sənsiz yetimdi halım,
Bilmirəm ölüm, qalım.
Ey çatmaz vüsalım,
Hardasan?

Yenə doluxub gözüm,
Həsrətim düzüm düzüm.
Ay küsəyən əzizim,
Hardasan?

Qəlbimdə hicran seli,
Başımda sevda yeli.
Zeynəbi etdin dəli,
Hardasan?

ANA
Qəlbimdən süzülən acı yaşları,
Kaş gəlib əlinlə sileydin Ana.
Bu ürəyi kövrək, qəmgin balanın,
Könlünü ovuta bileydin Ana.

Rəsminə baxıram, içim göynəyir,
Xəyallarım mənə, nağıl söyləyir.
Gözüm qan, yaş tökür, qəlbim inləyir,
Kaş gəlib üzümə güləydin Ana.

Gəl Zeynəb qızına, ver bir təsəlli,
Eləbil dünyadan üzülüb əli.
Ana Ana deyə sızlayır dili,
Nəolar, qayıdıb gələydin Ana.

ŞUŞA MƏNİM QİBLƏGAHIM
Şuşa mənim şah əsərim,
Mən onu görmək istərəm.
Şuşanın yaylağlarından, 
Gülünü dərmək istərəm.

Şuşa mənim muğamatım,
Onu oxumağ istərəm.
Şuşamın gül xalısını,
Özüm toxumağ istərəm.

Şuşa mənim varım, yoxum,
Mən ona dönmək istərəm.
Şuşamda can vermək üçün,
Əyilmək, ənmək istərəm.

Şuşa mənim doğma elim,
Yolunu açmağ istərəm.
Şuşamın uca dağında,
Günəş tək saçmağ istərəm.

Şuşa mənim qürur yerim,
Dasdan uydurmağ istərəm.
Şuşamı qan bahasına,
Geri qaytarmağ istərəm.

Şuşa mənim Tarım, Sazım,
Həkayə yazmağ istərəm.
Şuşamıdan düşmən izini,
Kökündən pozmağ istərəm.

Şuşa mənim Qibləgahım,
Səcdəyə durmağ istərəm.
Şuşamdakı qatilləri,
Əlimlə qırmağ istərəm.

Şuşa mənim Ata yurdum,
Torpağın öpmək istərəm.
Şuşamda, mən qərib Zeynəb,
Gül, çiçək əkmək istərəm.

AĞLAMA KÖNLÜM
Səni dərd sınadı, kədər oxşadı,
Balını itirdın, zəhər oxşadı.
İçini qəm yedi, qəhər oxşadı,
Düzə bilməsən də, ağlama könlüm.

Səni incitdilər, dinə bilmədin,
Haqsız yandırdılar, sönə bilmədin.
Sən, öz düz yolundan dönə bilmədin,
Dözə bilməsən də, ağlama könlüm.

Sən içində ağla, üzə çıxmasın,
Ağrı acıların, düzə çıxmasın.
Yaşını sıx saxla, gözə çıxmasın,
Dözə bilməsən də, ağlama könlüm.

NAĞILA İNANMIRAM
Daha nağıl deməyin,
Nağıla inanmıram.
İndi ki nağılları,
Heç nağıl da sanmıram.

Mən uşağ deyiləm ki,
Hər nağıla inanım.
Körpə uşağlar kimi,
Olmayana aldanım.

Mən nağıl istəmirəm,
Hamısı yalan imiş.
Nə Təpəgöz, əjdaha,
Nə də ki div var imiş.

Nağıllar doğru deyil,
Nəyə lazım yalanlar?
Nağılsız da həyatda,
Çoxdur əfi ilanlar.

Köpəgirən, div artıb,
Çoxalır günü gündən.
İndi də dinc yatmırıq,
Nağılların əlindən.

Nağıla baxa baxa, 
Torpağlar getdi əldən.
Torpağ, Vətən kəlməsi,
Heç vaxt düşməyir dildən.

Vətənimiz Qarabağ,
Əsir düşüb dardadır.
Bəs, o ağatlı oğlan,
Deyin görüm hardadır?

Qız, gəlinim əsirdə,
Başında min bir bəla.
Niyə gəlmir nağılın,
Qəhrəmanı Nərbala?

Dağım, düzüm qan qoxur,
Kim yuyacağ bu qanı?
Divi kələklə yıxan,
O cəsur Cırtdan hanı?

Nağılı necə sevim?
Nağılın sonu gözəl.
Qarabağ çöllərin də,
Ayaq altdadı göz, əl.

İndi özünüz deyin,
Nağıllar düzmü olur?
Mənim nağıllarımda,
İnsanlar saçın yolur.

Kimi ağlın itirib,
Kimi, oğlum vay deyir.
Kimi tamam soyunur,
Kimisi qara geyir.

Hələ o göydən düşən,
Almaları demirəm.
Göylərdən alov yağır,
Onları istəmirəm.

Nə nağılı lazımdı,
Nə alması gərəkdir.
Yurdumun yad əllərdən,
Qurtarması gərəkdir.

Zeynəbəm,  mən nağıla,
İnanaram o zaman,
Qarabağ qayıdarsa,
Gülərsə Azərbaycan.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!