Gülşən Mustafayeva - Dərd soyunaq sevinc geyək

2016-09-19 10:00:44 / 10090 dəfə oxunub
BƏLKƏ DƏ...
Yaşayırdedinizözqədərini,
Yazıyapozuyox, gəl ,başınıəy!
Bu azcasevinci, bolkədərini,
VerənYaradanabirduayladəy!

Deyibsə, əyninəgeyqaradonu,
Razıol, axtarmazərdən, xaradan.
YazıbsaYaradanalnınabunu,
Sənçıxabilməzsəninanaradan.

Bəlkəyoxheçkəsinsəhvi "günah”da,
Yazıbsaalnınayaradandedik.
Keçirdikbirömrüancaqahlarda,
Nədirqismətimiz biz ondanyedik...


SON
İndi aləm qarışıbdır bilinmir,
Kim dostundur, kim düşmənin, kim yarın.
Dəyişməyən, qarışmayan nə qalıb?!
Yazıq olub, yaz da vermir yaz barın.

İnsan qəlbi daş olubdur, ağlamır,
Adi baxır kədərə də, qəmə də.
Haqq haqsızın damarını dağlamır,
Asi olmur göz, gözdəki nəmə də.

Heyif, dünya ürəyimcə olmadı,
Odu çəkir öz önünə hər adam.
Ağızların daha dadı qalmadı,
Bu dünyanın sonudurmu, ay atam?!


YORULMUŞAM
Həsrətə "qonaq” olmaqdan,
Çox çəkmişəm ,çox dolmuşam.
Dərdli-dərdli dolanmaqdan,
Yorulmuşam, yorulmuşam.

Sığa bilmədim qəlbimə,
Dözdüm, dözümü ağladım.
Çıxa bilmədin qəlbimə,
Mənmi yolunu bağladım?!
 
Gilə-gilə səpələndim,
Bu həsrətin gecəsinə.
Yazıq ömrüm heç bilmədi,
Daha  gərsin, necə sinə?!

Gəldim dənizin tuşuna,
Nə coşdu, nə ləpələndi,
Amma susdum göz yaşıma,
Genə-bola səpələndi.
 

ANAMIN
Alnında əzabın izi olsa da,
Hələ də bilinmir sirri anamın.
Anamın ikicə gözü olsa da,
Biri mənim olub, biri anamın.
 
İçdən gülməyibdi, dərddən gülübsə,
Yenə göz sulanıb hərdən gülübsə,
Bir iri, bir xırda kədər gəlibsə,
Düşüb taleyinə iri, anamın.

Əbədi olmayıb ya ac, ya tox vaxt,
Anamı qocaldıb beləcə bax, vaxt,
Ölsədə arzusu diləyi çox vaxt,
Eşqi diri qalıb, diri anamın.

Qoruyub ismətin qara küləkdən,
Ona verilibdir bu haqq bələkdən,
O qədər sevib ki, qəlbdən, ürəkdən,
Bizə ata olub əri anamın,
 
Hər çətin müşkülün sevgi  həllidir,
Desələr lap yaşım iki əllidir,
Yenə də anamın yeri bəllidir,
Başımın üstədir yeri  anamın.

YAĞIŞI SEVIRƏM
"Yağışı sevirəm" -dedi,
Pəncərədən baxa-baxa.
Sevda dolu damcılarsa,
Sellənirdi axa-axa.

Qoymadı yusun saçını,
Qıymadı bircə öpüşə.
Bu sevdanı duymadı o,
Çətirlə çıxdı görüşə.

Gözüm doldu bu sevdadan,
Baxışı qondu baxışa.
Amma dözə bilmədi an,
Gözümdən düşən yağışa.

DILƏK AĞACI
Bir dilək ağacı qadın taleyi,
Arzular yellənır budaqlarında.
Sevənin hər mehə əsir ürəyi,
Ümid  pıçıltısı dodaqlarında.

Hərə öz arzusun asır budaqdan,
Yellənən lentlərin öz dözümü var.
Bir bulud görünər çox-çox uzaqdan,
Yağış yuyundurar , günəş qurudar.

Bu tənha ağacı küləklər sevər ,
Sığal çəkib darar gur tellərini.
Hərə öz lentini asar və gedər,
Kimsə tutmaz onun öz əllərini.

Həsrət gözlərində nə qədər solsa,
Vüsalı o qədər gülər, şadlanar.
Bir adi xəyanət hücumu olsa,
Qadın taleləri qara adlanar.


NƏ OLA ...
Alıb fırçasını yenə Yaradan,
Gül çəkə qəlbimdə bitən yaradan,
Nə ola ayıra ağı ,qaradan,
Ruhumun rəngində bir aləm çəkə...

Güldürə, insanlar düşməyə dara,
Nə ola hər dərdə tapıla çara,
Aqil dünyasını işıqlandıra,
Nadan dünyasına bir qələm çəkə.

Pisliyi məhv edə, yaxşılıq qala,
Kədər ürəklərdə salmaya tala,
Başımız üstündə o ola-ola,
Sevimli bəndələr niyə qəm çəkə?!


EYBİ YOXDUR
Zənginlərin sarayını.
Görüb küsmə öz komandan,
At küsgünlük harayını,
Düşkün düşmə öz komandan.

Bax, düzünü düşün, amma,
Nə həya, haraya dəyər.
Sən yaşayan kasıb koma,
Min haram saraya dəyər.

Bax sənin saf arzu, kamın,
Sənə paklık bitiribdir.
Onun sönüb vicdan  şamı,
Yalnız bəxti gətiribdir.

O varının dərdin çəkir,
Gecəni də yata bilmir.
Sənin qəlbin saf qan içir,
Günahlara bata bilmir.

Vicdan təmiz ,cibin kimi,
Qulağın dinc, başın rahat.
Nə olsun ki, yataq soyuq,
Get doyunca yuxunu yat.

Bir - birini tərifləyib,
Qoy aldatsın özlərini.
Tuta bilməz nadan əli,
Haqq görənin gözlərini.

Kədər yemə, üfləmə ah,
Bu nə dərman, nə əlacdır.
Sənin gözün sevmir tamah,
Onların gözləri acdır.

Eybi yoxdu bu həyatda
Qoy yavanı şirin yeyək.
Kim nə geyir özü bilsin,
Dərd soyunaq sevinc geyək.

 
Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!