Məhəmməd Həmidə - Qaranlıqdan işığa iz çəkəm gərək...

2016-10-03 20:58:07 / 9000 dəfə oxunub
Sənə dünyanı gətirib,
Əvəzində
Bir kiçicik təbəssümü alsam səndən, ?
Sənə bir ömür gətirib
Əvəzində
Bircə günü , bir saatı çalsam səndən ,?
Sənə xoşbəxtlik gətirsəm,
Əvəzində
Səni üzən nəyin varsa alsam səndən ,?
Sənə sevgimi gətirsəm
Əvəzində
Sonsuza dək qalsam səndə. .?


*******
Soba isitmir daha,
Atam yatan otağı.
Soyuğu da saxlamır,
İndi buxara*papağı.
Pencəyi kasıblayıb,
Qurtarıb cibində pul,
Ayaqqabısı getmir,
Dəyişib getdiyi yol..
Köynəyi dar ağacı,
Çəkibdi məni dara,
Divardakı şəkili-
Qəlbimə vurub yara!
Səccadəyə hopubdu,
Alnındakı qoxusu,
Hər səcdəyə gedəndə,
Qaçır gözüm yuxusu...
Ağlıyıram gözümün
Yaşın anam silməyir,
Anamdan danışmağa
Heç dilim də gəlməyir...
Uşaqlıqdan yetimdi,
Məni də qoydu yetim.
Çəkdiyi əzabları
Gözümdən gedə çətin.
Ağ saçları yadıma
Yaman düşübdü yenə,
Hər dəfə bənd oluram
Oturduğu yerinə...
Sanıram otururdu
Pəncərə qarşısında
Baxışları üşüyür,
Ürəyinin qışında.
Yaylığını görəndə,
Varlığım unudulur,
Yaddaşım təzələnir,
Biixtiyar gözümdən
Göz yaşım süzələnir...
Ağlayıram gözümün
Yaşın anam silməyir...
Nələr yaşadığımı
Anam atam bilməyir....


***********
İçimde bi qarib rüzgar esiyo..
Bütün varlığımı sarmış- kesiyo...
Neyi bekliyosun!? hayat geçiyo
Gediyo rüzgarlar geçmeyen yere...

Kaç mevsim yaşadık,kaçı duruyo?
Arkadaş sanmışdım-hepsi vuruyo !
Bak hala nasılsın diyə soruyo...
Varıyo sorular bitmeyen yere...

De,hangi gönülde tahtın kurulu,?
Kader atın çapar,bahtın yorulu..
Hayat akamazsa, nasıl durulu...
Akıyo çayları -akmayan yerə..

Gönlümdə bi tuzak, bi saf kurulmuş..
Gözlərim bakmakdan bıkıb,yorulmuş !
Kaç bakış bakmış da,sana vurulmuş! ?
Bakıyo gözlərim -bakmayan yerə...

Bu fakir kulu bak, hiç anmayasın...
Yüregi atıyo- yok -sanmayasın...
Ben yandım, sakın a sen yanmayasın. ....
Gidəsin atəşlər- yakmayan yerə


************
Sən də mənə bir dərd oldun
ay qadın..
Başımın dərdləri az ımış kimi...
Gözünün yaşında necə ağladın,
Sandım ki payızda yaz imiş qadın !
Töküldün leysan tək üzü aşağı,
Təpəmdən süzülüb içimə axdın
,Biz ki danışanda sakitçilikdi,
Sən niyə gözümdə ildırım çaxdın?
Onsuzda ildırım vurmuşdu elə...
Bir gün özün ilə götür sevgini
,Səni aparacam sevgilin gilə..
.Qapısın döyərik ikimiz birgə,
Düzərik həsrətdən iki,üç cərgə
,Qapını açanda bağrı yarılar !
Əmdərib başına sevgi tökərik !
Sonra da səpdiyi həsrət toxumun,
Özcə qapısında səpib,gələrik..
Cücərər boy atar öz həyətində,
Görər ki nə qədər həsrət yaşadıb,
Görər ki sevgini əkmək yerinə,
Çaşıb iki könlü birdən boşdııb...
Biri öz künlüdü,biri səninki,
(Boğaram əlimlə onu 'inanki)!
Cəza çəkdirərik necə lazımdır !
Ta ki itmiş ağlı' gələnə kimi..
Bir ayaq üstündə küncə qoyarıq
Günəş öz evinə dönənə kimi....
Zülmət döyəcləsin gecə qapısın
Küləklər tökülsün pəncərəsindən
Olan gücü ilə silkələyərək,
Çıxarsın qapısın çərçivəsindən..
Ömürlük açılsın könül qapısı...,
Qoşulub payızın sərt küləyinə,
Dolsun ürəyinə həsrət qoxusu 
Buz kəssin vücudu..donsun əlləri
Bir udum nəfəsi əl əl axtarsın...
Gözündə canlansın ötən illəri...
Ağzını açmağa imkan verməyək.
Bağlayaq ağzını öz sözləriylə...
Sonuncu cəzasın kəsək boynuna
Danışsın bir ömür- gözləri ilə..


************
Mənim ömrüm dayanıbdı nə vaxtdı...
ilişib neçə il əvvəldə qalıb
orda bütün insanlar xoşbəxt idi,
orda bütün insanların hamısı
igid idi, qorxmaz idi mərd idi.
kim deyir kasıb idi komalar?!
onda hamı bəy idi ,ağa idi!
firavandı qoca,cavan uşaqlar,
ölməmişdi ki insanlıq; sağ idi..
hamı səhər işə gedib gəlirdi,
ruzi boldu yaşamalı çağ idi. ..
Ölən ancaq qocalırdı ölürdü,
Kasıbların yediyi bal yağ idi....
güvən vardı insanlar arasında...
itsə, itsə na kişilik itirdi. ...
o zamanlar bir kasıbın yasında
bütün mahal bir olub qəm çəkirdi
Insanların ləqəbləri ayrıydı...
insan kimi insanlığı bərabər.....


************
Gör bir necə yazı düşüb taleyimə,
Xoşbəxtliyin nazı düşüb taleyimə.
Çarəm nəki, razı düşüb taleyimə
Hər nazını gecə gündüz çəkəm gərək...
Saxta gülüşlər bəzəyə dodağımı,
Yalan vədlər kar eyləyə qulağımı
Işıq qaça,tərk eyləyə otağımı...
Qaranlığın önündə diz çökəm gərək!
Yalvar yaxar,kölə olam, əsir düşəm..
Onlu onsuz əzab çəkmək olub peşəm,
Lap istəsə asi ollam yenik düşəm,
Qaranlıqdan işığa iz çəkəm gərək...


************
Yağışş
Bu gün yağış yağıb başımın üstə...
Təpədən dırnağa sən qoxuyuram...
Kim deyir ölənlər yaşamır daha?!
Yağışda gizli dir,sən varsan axı....
Hər damla bir insan həyatı demək.......
Sən biraz diyəsən,kəm varsan axı? ..!
İçim də çölümdə həsrətdir artıq....
Yanağım büsbütün nəm...varsan axı-
niyə bir bu qədər 
yanır ciyərim?!
Az qala il boyu qoxun gəlir ki....
il boyu çəkirəm, ciyərlərimə...yağan yağmurların
qoxularında.....
ay gözü masmavim
ay sarı tellim....
niya oyanmırsan !
yuxun gəlir ki ...?!
Gəl...! bu payız yağmurun ətirinə gəl!
Barı anamızın xatirinə gəl !
Dol bütün qızların çətirinə gəl !...
yolunu gözləyir
yuxularım da......


***************
Sinən üstə bir tabutluq yer saxla!
Bilim ki qalmağa bir sarayım var,
Mənə bircə dəstə çiçək,dər saxla...
Imdada yetişməz sirr,harayım var
Bilim ki haçansa qəbrimin üstə,
Çiçək düzüləcək- boyları bəsdə..
Bilim ki haçansa bu qərib xəstə
Yada düşəcəkdi...bir həzin səsdə
Kimsə ağı deyib,haray edəcək...
Kimi susub sakit yad edəcəkdir...
Biri xatırlayıb xəyallarında...
Qızını oğluma ad edəcəkdir....
Düyün qurulacaq...büsat olacaq
Hər kəsin könlündə iz alacağam !
İşdi birdən kimsə yerimi sorsa-
Vətəndə bir tabut söz olacağam


************
Baxdım,gülüşünü yadırğamışam
Görəsən güləndə necə olurdu...?
Daha yuxuda da görmürəm onu
Mənim gözlərimdə yuxu olurdu?
Elə darıxıram qəfildən,elə...
Eləbil içimdən canım çıxacaq
Kəsib doğrasalar əzalarımı
Içindən təkcə sol yanım çıxacaq.
Ölüb- yaşamırki daha heç yanım,
Eləcə titrəyir əsir sol yanım,
Onu da yaşadan bircə xətir var!
O da ki -üzünü görmək xətiri...
Bir az ayrılığın kövrək ətiri...
Bir az qovuşmağın xəyalları var...
Onlar da olmasa -ölərəm yəqin
Yenə ümiddir də,yenə hər nədir
Köksümü yandırıb yaxır,göynədir
Barı bilirəm ki ,yaşıyır,varam...


Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!