“iPhone 7” sahibləri ciddi problemlərdən şikayətlənir

2016-10-08 09:40:20 / 6239 dəfə oxunub

Yeni "iPhone 7” və "7 Plus” smartfonlarının sahibləri kütləvi olaraq eyni problemdən şikayət edirlər.

sabahinfo.Az xəbər verir ki, İKT.lent.az-ın "MacRumors” portalına istinadən məlumatına görə, onların smartfonları cihazın oğurlanmasını mühafizə etmək üçün istifadə olunan "Activation Lock” mexanizminə görə bloka düşür. 

Qarşılaşdıqları bu problemləri istifadəçilər sosial şəbəkədə də ictimailəşdirirlər. Onlar iddia edir ki, bu mexanizmdən istifadə etmək, sadəcə, mümkün deyil. Yeni cihazın sahiblərindən biri bildirib ki, onun "iPhone”u alındıqdan dərhal sonra "icloud.com” saytından "Apple ID” şifrəsini daxil etməyi tələb edib, sanki bu smartfondan kimsə istifadə edib. Şirkətin dəstək mərkəzindən bildiriblər ki, bu vəziyyətdə "iPhone 7” sahibinə ancaq telefonu dəyişmək qalır. 

Cihazda artıq kimsə qeydiyyatdan keçdiyindən, istifadəçilər onu öz adına uyğunlaşdıra bilmirlər. Söz düşmüşkən, analoji problem "iPhone” smartfonlarının daha əvvəlki "6s” və "6s Plus” modellərinə də aid olub. Bir il öncə aktivləşdirilən cihazların parametrləri sıfırlandıqda belə cihazlar işləmir.

Şirkət rəsmiləri bununla bağlı heç bir rəsmi şərh verməyiblər. Hələlik məlum olan odur ki, bütün zərərçəkənlər öz cihazlarını "Apple”in xidmət mərkəzinə apara bilərlər. Orada şirkət əməkdaşları alınmış modelin çeki olduğu halda, onların telefonlarını blokdan çıxaracaqlar.

Çətinliklərlə üzləşən bəzi istifadəçilər bildiriblər ki, "Apple” əməkdaşları yeni telefonları aktivləşdirməyə kömək ediblər. Digər alıcılar isə öz smartfonlarını yenisi ilə əvəz etməli olublar.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!