Ən sürətli internetə sahib olan ölkələr

2016-10-13 20:35:01 / 10332 dəfə oxunub

"Akamai” rabitə operatoru tərəfindən keçirilmiş tədqiqatın nəticələri bəlli olub.Tədqiqat interneti ən sürətli olan ölkəni müəyyənləşdirmək məqsədi ilə keçirilib.

sabahinfo.Az-ın məlumatına görə, "ICTnews” Elektron Xəbər Xidməti "gazeta.ru” saytına istinadən yazır ki, Norveç Avropada internetin sürəti üzrə birinciliyi ələ keçirib. 

Belə ki, Norveçdə 2015-ci illə müqayisədə internetin orta sürəti 55% yüksəlib. Eyni zamanda Norveç dünya reytinqində 20,1 Mbit/san internet sürəti göstəricisi ilə yalnız Cənubi Koreyadan (27 Mbit/san) geridə qalır.

19,5 Mbit/san göstəriciyə malik Honkonq internetin sürəti üzrə dünya reytinqində üçüncü pillədə qərarlaşıb. Avropada internetin sürəti üzrə əvvəlki lider İsveç isə 18,8 Mbit/san göstərici ilə dördüncü olub.

Son xəbərlər
Başçıdan örnək addım
2020-05-29 14:08:19
Bahalaşma olacaq?
2020-05-28 19:45:22
Deputatdan təbrik
2020-05-27 23:53:29
LƏTİFƏ
2020-05-26 10:41:21
Oğru qonaq saxlanıldı
2020-05-26 10:00:07
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!