Bob Dilan Nobel mükafatını alacaqmı?

2016-10-19 09:50:11 / 7878 dəfə oxunub

Hələlik Dilanın dekabrın 10-nə təyin edilən mükafatlandırma mərasiminə gəlib-gəlməyəcəyi məlum deyil

İsveç Akademiyası daha əvvəl ədəbiyyat üzrə Nobel mükafatına layiq gördüyü amerikalı şair və musiqiçi Bob Dilanla əlaqə yaratmaq cəhdlərini dayandırıb.
"Biz indi heç nə etmirik. Mən onun nümayəndəsinə zəng etdim və elektron məktub göndərdim və qarşılığında dostcasına cavab aldım. Hələlik bu qədər kifayətdir", - deyə akademiyanın daimi katibi Sara Danius bildirib.
sabahinfo.Az "Report"a istinadən bildirir ki, hələlik B.Dilanın dekabrın 10-nə təyin edilən mükafatlandırma mərasiminə gəlib-gəlməyəcəyi məlum deyil.
"Gəlmək istəməzsə, gəlməyəcək. Amma istənilən halda onun şərəfinə böyük şənlik təşkil ediləcək" - S.Darius jurnalistlərin diqqətinə çatdırıb.
B.Dilan oktyabrın 13-də Nobel laureatı olduğu bilinəndən bəri məsələyə heç bir reaksiya verməyib.
Xatırladaq ki, o, mahnıların sözlərinə görə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən ilk şəxs olub.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!