Hikmət NİKBİN - Halallığını ver,Tanrı

2016-11-17 09:41:03 / 13961 dəfə oxunub
Səni Tanrı,Tanrı bildim
deyə, adam,adam öldüm.
Bu dünyanda oldum? Oldum !
Halallığını ver,Tanrı.

Bir başqa olmaq istədim,
...min yaşda olmaq istədim.
Qarışqa olmaq istədim,
Sayıqlığımı ver ,Tanrı.

Bay ! Mən ki, adamıymışam,
Üz-gözümdən damırmışam.
Sən demə qurumurmuşam,
Quraqlığını ver ,Tanrı.

Vardı-yoxdudu sirr nağıl,
Deyir göylər sevir nağıl...
Uşağam, mənə bir nağıl
qonaqlığını ver ,Tanrı.


***
Ayağım yaşamır göyləri,
Adım da aşmır göyləri...
Bəs nədən umur göyləri
dilim Tanrıdan danışır.

Bu məni dən-dən qoparan,
...gələn, gedəndən qoparan.
Yüz iyirmi dörd mindən qoparan
yolum Tanrıdan danışır.

Ruham...gedirəm ömürdən,
Muğayət ol qalan, Yerdən...
Mənə...mənə qaş-göz edən
ölüm Tanrıdan danışır.

***
Nə çox möcüzən var imiş-
Əsanın əjdaha ölümü,
barmaqla ayın bölümü...
Qıy, birini də mənə ver,
Mən də ayı yeyim, Tanrı.

Su umuram, susamıram,
qəribədi...
Sıxcalasan suyum çıxmaz,
Bəs necə, nə təhər damıram, 
qəribədi...

Bütün ayrılıqlar 
gözdən, ayaqdan gəlir,
Sevinmədim məndə olanlara...
Götür nəyin varsa, Tanrı,
Ayrılıqlara dözə bilmirəm.

Ey-vay, 21-ci əsr !
Bütün əclaflığından 
xəbərsiz adam kimi
Səndən tez öləcəm...

Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!