Azərbaycanın əsas qumarbazı 334 min avro udub

2016-12-03 11:23:48 / 7407 dəfə oxunub
Azərbaycanda qumar oyunların qoyulan qadağa həvəskarlara böyük məbləğlər qazanmağa mane olmur.

Sabahinfo.az Haqqin.az saytına istinadən xəbər verir ki, bu həvəskarlardan biri Ramin Hacıyev Maltada keçirilən beynəxalq turnirdə 334 min avro qazanıb. Ramin Hacıyev Avropa Poker turnirinin finalına vəsiqə qazanan 6 oyunçudan biri olub. Ramin Hacıyev poker cəmiyyəti tərəfindən "hayroller” adına layiq görülüb. Hayroller- böyük məbləğdə pul yatıran oyunçalara deyilir. Bu insanlar bir neçə saat ərzində bir neçə milliyon dollar qazana və ya uduza bilərlər.

Ramin Hacıyevdən başqa əsas mükafat uğrunda ukraynalı Aleksey Xoroşenin də mübarizə aparıb. Ukraynalı poker oyunçusu iki il əvvəl Venadan keçirilən turnirdə qalib olub, 800 min dollar qazanmışdı. Ukraynalı qumarbaz bütün karyerası ərzində 2,5 milyon dollar qazana bilib. Ramin Hacıyevin digər rəqibləri avstraliyalı Devid Yan, belarus Nikita Bodyakovski, britaniyalı Maks Silver və əfsanəvi alman Ole Şemion olub.
Finalda Ramin Hacıyev və avstraliyalı Devid Yan qarşılaşaraq, 3 əl oynayıblar. Ramin Hacıyev ikinci yerə çıxaraq, 334 min avro qazana bilib.

Final Oyunun nəticələri:Devid Yan- 465 min avro, Ramin Hacıyev-334,400 min avro,Aleksey Xoroşenin-217 min avro, Maks Silver-164 min avro, Nikita Bodyakovski-127 min avro, Ole Şemion-98 min 740 avro.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!