Azərbaycan İsraildən "Dəmir günbəz" sistemi alacaq

2016-12-17 13:17:57 / 5027 dəfə oxunub

 

Azərbaycan Müdafiə Nazirliyi ilə İsrailin müvafiq qurumu arasında "Dəmir günbəz" Raket Hücumundan Müdafiə Sisteminin alınmasına dair razılaşma əldə olunub.

  

APA-nın məlumatına görə, bunu müdafiə sənayesi naziri Yavər Camalov bildirib.

 

Nazir Müdafiə Sənayesi Nazirliyinin həmin sistemin alınmasına müsbət rəy verdiyini də qeyd edib.

 

"Dəmir günbəz" Raket Hücumundan Müdafiə taktiki sistemi uçuş məsafəsi 4 km-dən 70 km-dək olan, idarə edilməyən taktiki raketlərdən müdafiə üçün nəzərdə tutulur.

 

Sistem İsrailin "Rafael" şirkəti tərəfindən yaradılıb.

Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!