Qlobal bazarda dollar niyə ucuzlaşıb?

2016-12-19 11:00:38 / 3849 dəfə oxunub

ABŞ dollarının altı əsas valyutaya qarşı məzənnəsini müəyyən edən "ICE U.S. Dollar” indeksi bugünkü ticarət sessiyasında 0,09% zəifləyib.

sabahinfo.Az APA-ya istinadən xəbər verir ki, dolların 16 valyutaya nisbətən məzənnəsinin dinamikasını müəyyənləşdirən "WSJ Dollar” indikatoru 0,15% geriləyib.

Avronun dollara qarşı məzənnəsi həftənin ilk ticarət sessiyasının gedişatında 1,0459 dollar səviyyəsində ticarət olunur. Ötən ticarət sessiyasının sonunda isə Avrozonanın vahid valyutası 1,0451 dollar olub.

Ötən sessiyanın sonunda 1 dollar 117,93 Yaponiya yeni təşkil edirdisə, bu gün 117,29 yenə çatıb. Maraqlıdır ki, son 12 həftənin 10-da dollar yenə nisbətən bahalaşıb. Yaponiyanın rəsmi valyutası ötən həftə dollara nisbətən 2,4% ucuzlaşıb.

"İnterfax” agentliyi yazır ki, bugünkü ticarət sessiyasında dolların ucuzlaşmasına səbəb ABŞ-la Çin arasında yaranan gərginlikdir.

Belə ki, dekabrın 15-də Çinin hərbi gəmisi Cənubi Çin dənizində ABŞ-a məxsus sualtı avtomatik aparatı ələ keçirib. 

Çin Müdafiə Nazirliyi bəyan edib ki, aparatı ABŞ-a qaytarmağa hazırdır. Lakin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp çinliləri oğru adlandırıb: "Onu (aparatı - red. özünüzə saxlayın!”. 

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!