Aydın Əliyev: Gömrük Komitəsi gücləndirilmiş iş rejiminə keçib

2016-12-27 18:10:24 / 4361 dəfə oxunub

"Dövlət Gömrük Komitəsi (DGK) qaçaqmalçılıq yolu ilə ölkəyə malların gətirilməsinin qarşısını almaq məqsədilə bir neçə gündür gücləndirilmiş iş rejimində çalışır”.

 Sabahinfo.Az APA-ya istinadən xəbər verir ki, bunu DGK sədri Aydın Əliyev bildirib.

"Azərbaycan sərhədi yalnız sərhəd-keçid məntəqələrindən ibarət deyil. Azərbaycanın gömrük orqanları qaçaqmalçılıq yolu ilə ölkəyə malların gətirilməsinin qarşısını almaq üçün ayıq-sayıq xidmət göstərir. 

Bəzi şəxslər qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə hər hansı malların keçirilməsinə nail olur. Lakin biz bir neçə gündür gücləndirilmiş iş rejimində çalışırıq. Daxil olmuş məlumatlar əsasında bir neçə obyektdə yoxlama da həyata keçirmişik və qaçaqmalçılıq yolu ilə gətirilmiş və dövriyyəyə buraxılmış malların müsadirəsinə nail olmuşuq”, - deyə komitə sədri qeyd edib.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!