IX sinif şagirdi Zeynəb Quliyevadan - Arzular

2017-01-05 21:56:13 / 12904 dəfə oxunub

Arzular

Ötən illərin şövqündə,
Yaranar arzular,yaşar.
Sevincin,qəmin həmdəmi,
Oyanar arzu, xəyallar.

Ömrünü sürdükcə insan,
Fırtına içində coşar.
Qəlbdə,ruhda baş qaldıran,
İnsan ömrü fırtınalar.

Yaşarsan ömür müddətin,
Ucsuzdur ümid arzusu.
Ömrü uzunu yol gələr,
Yolları səslər yolçusu.
 
Hərdən boylanar keçmişə,
Kədərli,bəzən xoşbəxtcə.
Unudar hərdən özünü,
Unutmaq varsa qismətdə.
 

Deyingən qarı

Əlində əsası durub bayaqdan,
Baxır o gəldiyi yollarasarı.
Söylənir,deyinir,bəzən kövrəlir,
Keçmişə kövrələn deyingən qarı.
 
Ömrünə iz salan cığırda,izdə,
Keçmişdə yaşamış sevgi sevinci.
Ötən günlərinin təəəssüratı,
Yaş olub süzülür gözündən indi.
 
Bir anda arxaya dönərək baxır,
Baxır uzaqlara göz işlədikcə.
Cavanlıq şövqündə qərq edir onu,
Eşqdən alışdığı odlu düşüncə.
 
İllərdən süzülən dərin qırışlar,
Alnında,əlində şırıma dönüb.
Dən düşmüş saçında sülh var,barış var,
Gözündə hərb odu soyuyub,sönü
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!