Azərbaycan neftinin QİYMƏTİ

2017-01-20 17:48:35 / 4493 dəfə oxunub

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 19-da 54,79 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,85 dollar/barel azdır.

Sabahinfo.Az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 19-da 53,93 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,79 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti yanvarın 19-da 51,17 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,81 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti yanvarın 19-da 53,31 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,89 dollar/barel azdır.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!