FİFA-ya tarixi cəza

2017-01-21 13:55:28 / 5516 dəfə oxunub

Transfer məsələlərindəki qanunsuzluğa görə klubları cəzalandırmasına öyrəşdiyimiz FİFA bu dəfə özü eyni taleyi yaşayıb.

sabahinfo.Az apasport.az-a istinadən xəbər verir ki, ali futbol qurumu Belçika məhkəməsi tərəfindən cəzalandırılıb.

Belə ki, Belçika məhkəməsi fransalı yarımmüdafiəçi Lassana Diarranın 2015-ci ildə "Şarlerua" klubuna transferinə əngəl olduğu üçün FİFA-ya və Belçika Futbol Federasiyasına cəza kəsib. Məhkəmə bu iki qurumu ümumilikdə 6 milyon avro məbləğində cərimələyib.
 
Qeyd edək ki, 2015-ci ildə "Marsel" klubu ilə anlaşan Lassana Diarra hazırda da bu klubun formasını geyinir.

Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!