Minimum əməkhaqqı artımı 145 min nəfəri əhatə edəcək

2017-01-24 11:07:24 / 4123 dəfə oxunub

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkə başçısının minimum əmək haqqının artırılması barədə sərəncamını şərh edib. 

Nazir artımın neçə nəfəri əhatə edəcəyinə dair statistikanı açıqlayıb.

sabahinfo.az xəbər verir ki, nazir bununla bağlı keçirdiyi mətbuat konfransında Azərbaycanda minimum əməkhaqqının artırılmasının 145 min nəfəri əhatə edəcəyini bildirib.

Onun sözlərinə görə, hazırda təqribən 71 min nəfərin maaşı minimum əməkhaqqı səviyyəsindən aşağıdır. S.Müslümov qeyd edib ki, bu kateqoriyaya aid olan vətəndaşlar əsasən yarımştat və ya saathesabı çalışanlardır, ona görə də onların maaşı 105 manatdan azdır.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2017-ci il yanvarın 1-dən minimum aylıq əməkhaqqı 105 manatdan 116 manatadək artırılıb.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!