Məmmədova Xatun - Qəlbinə dolmadım, nur olmadım mən

2017-01-26 20:33:07 / 11395 dəfə oxunub
Sevə bilmədin məni Səndə sevgi hanı, məhəbbət dərdim! Qəlbinə dolmadım, nur olmadım mən. Səni sevə-sevə gözəlləşərdim, Bundan usanmadım, yorulmadım mən. Arzum ürəyimdə qaldı bükülü, Qapatdın ömürlük güman yerimi. Sən payız xəzəli, mən bahar gülü. Xəzana salmısan ümidlərimi, Bir gün alışanda alovla, közlə, Dinəcək həsrətin min ahu-zarı. Nə məni arzula , nə məni gözlə, Bağladım mən sənə gedən yolları. Sevən üzü görmədim Ürəyin əlində gəlib, İçində közü görmədim. Yoxdu hərarətdən əsər, Bir sevgi izi görmədim. Məhəbbəti nə bilmisən, Çoxdan könlümdən silmisən. Dedin imana gəlmisən, Mən bunu ,düzü,görmədim. Sinəsinə döyən bəndə, Dedin gözün qalıb məndə. Ha baxdımsa ,axı səndə Heç sevən üzü görmədim. Məni ağladan adam Ay mənim gözümdən yaş tökən adam, Qəddar ürəyinin daşı ovulsun. Mənim həsrətimi elə çəkəsən, Alışıb bağrının başı ovulsun. Boynunu bükəsən yol ayrıcında, Baxışın yollara dikili qala. Arayaıb axtara, gözün dolana, Arzun bənövşə tək bükülü qala. Elə kövrələsən, mən deyən kimi, Bir qırıq ümidə yerin qalmaya. Mən səndən uzaqda, sən məndən yetim, Bəmindən düşəsən, zilin olmaya. Elə yanacaqsan, cəhənnəm kimi, Mən elə atəşəm, mən elə odam. Sən mənim sevgimdən məhrum olasan, Ay mənim gözümdən yaş tökən adam. Qoruya bilmədin Odlu məhəbbətimlə, Sevgimlə naxışladım. Sənə hərarət dolu Bir ürək bağışladım. Dedim qəmini silib, Onu xoş dindirərsən. Bəlkə qədrini bilib, Sevib, sevindirərsən. Ürəyinə nə dedin? Azaltdı qiymətimi. Sən qoruya bilmədin Sevgi əmanətimi. Məhəbbətə qıymısan Dərdimi nə bilərsən, Dərddən dəli deyilsən. Üzük qaşın laxlayar Məhəbbətə əyilsən? Sevgi nədi, bilməyən, Gümanında ağlama. Həsrətimi çəkmədin, Ürəyində saxlama. Mənə eşqini öyüb, Demə, oduna yandım. Qanında axmadım ki, Dilində haçalandım. Bəmin qucaq dolusu, Zilin sözünü kəsdi. O qədər acı dindin Dilin özünü kəsdi Ha çağır, ha səslə sən, Küsən könül duyarmı?! İnsan da sevgisinə, Məhəbbətə qıyarmı? Sən məni duya bilməzsən Mənim bakirə dünyama, Sən boylanma naşı adam. Orda bir məzar ağlayır, Orada bir baş daşı adam. Mənim nazımı çəkməyə, Ömrünü saya bilməzsən. Sən ayrı dünya adamı, Sən məni duya bilməzsən. Qoy göynəyim için-için, Qoy ağlayım,dəymə mənə. Öz dünyanı tərifləmə, Öz dünyanı öymə mənə. Bağrımın içi oyulub, Min bir həsrərin içində. Ağrısını özüm çəkim Belə qismətin içində Hər çiynimdə bir mələk var, Özümü məndə saxlayır. Ürəyimin nisgilini, İmanda, dində saxlayır. Mənim bakirə dünyama, Sən boylanma naşı adam. Orda bir məzar ağlayır, Orada bir baş daşı adam. Sənə aldanım? Hanı səndə o məhəbbət, Səni yar sanım , aldanım? Sevgini öydün o qədər, Yalana qanım, aldanım. Kükrəyən daşan selmisən? Sən sevdanı nə bilmisən? Elə danışıb-gülmüsən, Səni dost sanım aldanım. Dərdimi heç çəkmədin ki, İnanım mən elə din ki. Özünə Kərəm dedin ki, Oduna yanım ,aldanım? Xoş elə Qanadını gər üstümə, Gəlməsin göy, yer üstümə. Hər doğruma, dürüstümə Tuş elə məni, Allahım! Aydın olsun günüm, ayım, Ürəyimlə işıq yayım. Yerdə sürünən olmayım, Quş elə məni, Allahım! Neyləyəcək yay, qış mənə, Verin silah, atəş mənə. Bədniyyət yağı düşmənə Daş elə məni, Allahım! Qismətimin inadında, Sevinci ver, qəmi buda. Arzuların qanadında Xoş elə məni, Allahım! Mən beləyəm Mən dünyanın pöhrələnən yaz çağıyam, Mən dünyanın bəhrə verən bucağıyam. Mən dünyanın alov dilli ocağıyam, Çiçək açan, ülvi, həzin bir ürəyəm – Mən beləyəm. Mən dünyamı vəfasıza çətin qıyam, Mən dünyamın ahı, hayı, harayıyam. Mən dünyamın bir məhəbbət sarayıyam, Duyulmasam, inildəyən kaman, neyəm – Mən beləyəm. Gəl dünyama, ürəyimə səpilsin nur, Gəl dünyamda məhəbbətdən bir qala qur. Gəl dünyama, dünyamızçün keşikdə dur, Sənə təkcəm, qanım, ruhum, canım deyəm - Mən beləyəm. Bir bulağam, saf suyumla dolub-daşam, Öz yarımla şirin-şirin pıçıldaşam. Seviləm mən, fidanlaşam, yaşıllaşam, Sevildikcə şeirləşən bir nəğməyəm – Mən beləyəm. Mən beləyəm. Düşmüşəm Bir gül üzü gözüm tutub, ay Allah, Sevə-sevə bəlasına düşmüşəm. Onu tapıb itirmişəm başımı, Odla suyun arasına düşmüşəm. Bircə dəfə əhvalımı soruşmaz, Göz yaşları göz yaşıma qarışmaz. Qış baharla, qara ağla barışmaz, Mən bəxtimin qarasına düşmüşəm. Həsrətindən başıma dar bu aləm, Ürəyimdə baş-başadır sevgi, qəm. O sevgilim Məcnundurmu?-bilmirəm, Mən Leylilər sırasına düşmüşəm.
Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!