Pərvin Abışova: "703" romanından

2017-01-31 10:58:37 / 14652 dəfə oxunub
Bakı restoranlarının birinin qapısında taksi dayandı. İçindən o qədər də gözəl olmayan,yaşı 38,40 arası, qara paltolu bir qadın endi. Taksi tərpəndi. Qadın iki addım atıb təbəssümlə restorana baxdı.Sonra məyuscasına başını aşağı saldı. Gözündəki kədər təbəssümünü boğdu. Həzin ,arxayın addımlarla içəri daxil oldu.Masadan təzəcə ayrılıb gələn ofisiant heyrətli baxışlarla qadına baxı və : -Yenə o qadın –deyə düşündü. Bunları düşünə -düşünə qadının yanına necə çatdığını bilmədi: -Məkanımıza xoş gəlmisiniz. -Təşəkkür edirəm-deyə qadın incə təbəssümlə cavab verdi -Yenə həmənki? -Bəli. Mümkündür? -Əlbətdə.Masa boşdur-deyə gənc əli ilə qadına yol göstərdi. Pəncərənin yanındakı masaya çatdılar. Qadın əyləşdi.Menyunu əlinə aldı, ama baxmadı: -Həmişəki kimi. Ofisiant oğlan başı ilə razılıq bildirib iti addımlarla masadan uzaqlaşdı. Qadın gözünü pəncərəyə dikdi.Eynilə həmin günkü kimi yağış yağırdı........... Hər ikisi masaya əyləşdilər. -Rüfət,o niyə bizə elə baxırdı?) -Baxsın boş ver .Özümüzdən danışaq Şəms. Şəms əlini uzadıb Rüfətin əlindən tutdu.Oğlan adəti üzrə gözlərini xumarlandırıb gülümsəyərək çox asta tonda: -Burada kameralar olur əzizim-deyən kimi Şəms əllərini tok vurmuş kimi geri çəkdi.Bu elə ani oldu ki, Rüfəti gülmək tutdu. Şəms isə əksinə, adəti üzrə ayağını ayağının üstünə aşırıb yelləyə-yelləyə dodağını büzdü: -Özün qəsdən belə yerləri seçirsən ki,mən səndən uzaq olum -Eeeee bəsdi sən allahın hər yer belədi.Başlama yenə. Bax burdayam yanındayam. Şəms hikkə ilə çiynini atdı. -Mən belə istəmirəm. - Necə istəyirsən əzizim ? Həəəə. Necə? Gəlim sizdə qalım? Hahahaha Rüfətin gülməyi Şəmsi daha da əsəbləşdirdi: -Mən getmək istəyirəm.. -Nə? - Evə getmək istəyirəm. Elə indi Rüfətin üzü dəyişərək ciddi görkəm aldı -Əminsən? -........ -Bax da...Hələ baxıram sənə. Bütün günü yollarda olmuşam .Neçə xasiyyətdə insanlarla çənə döymüşəm.Bir ay – düz bir ay bu günü gözləmişəm ki, gələsən.Mən gözləmişəm .Sadəcə səni görmək üçün....üzünü görüm, gülüşünü,baxışını..anlayırsan? Sən heç nədən bəhanə axtarırsan.Nədi axı problemin ? Nə? Şəmsin boğazı qurudu.Onsuz da qırmızı olan yanaqları alacalanaraq gözləri doldu. Astaca :-Rüfət –dedi Rüfət pəncərədən çölə baxaraq özünü eşitməməzliyə vurdu.Şəms yenidən: -Rüfət -Nədi? -Rüfət dedim.Rüfət-nigaran baxışlarla ona baxdı -Hay can.... Şəmsin üzünə gülüş qondu .Dodağını dişləyərək gözünü masaya dikdi: -Canına canım qurban -Elə demə.... -Bağışla məni ruhum Rüfət diqqətlə Şəmsə baxdı -Bağışlayım əzizim.İstəsəm də inciyə bilmirəm səndən.Ama belə etmə. Biz uşaq deyilik.Daha ciddi şeyləri müzakirə edək. İşimiz olsun, evimiz olsun.Öz ayaqlarımız üstündənecə duracağıq onu danışaq .Sənin etdiyin uşaq söbətidir.Burdayam mən.Yanında.Naşükür olma.Buna nail olmayanlar var Şəms başını aşağı salıb peşman görünsə də ürəyində elə düşünmürdü.Onun üçün ən pisi bu idi. Heç vaxt bundan daha uzaq olacağını düşünmürdü. Heç vaxt ağlına gəlmirdi ki, bir vaxt olacaq bu masada onsuz oturacq, onunla getdiyi kinoteatrda, yeridiyi yollarda onsuz gəzəcək.....Rüfət ona tərəf əyildi. -Yaxşı qanımızı qaraltmayaq yemək hazırdı......... -Yeməyiniz xanım-gənc ofisiantın səsi Şəmsi xatirələrdən ayıltdı.Donuq baxışlarla ofisyanta baxdı. Sonra qarşısına. Rüfət yox idi.O,tək idi.....təmtək. Gözləri doldu.Başı ilə razılığını bildirdi. Həmişəki qayda üzrə yenə də iki nəfərlik şam yeməyi.... Yeməyə başladı. Hər tikə düyümlənirdi boğazında.Cəmi iki ay idi ki, vətənə dönmüşdü.Rusiyada keçən bu dörd ildə dəyişən ancaq onun mövqeyi idi. O artıq əntiq məhsulların satışı üzrə özünə güclü biznes qurmuşdu.Qısa, xurmayı saçlar uzanmışdı. ,geyim,stil dəyişmişdi. Dəyişməyən bir xatirələr , bir də Rüfətə olan hislər idi. Şam yeməyi bitdi. Ofisiant nəsə gecikirdi. Şəmsin səbri qalmadı. Özü ödənişi etmək qərarına gəldi. Pulu verərkən oradakı qız marağını boğa bilmədən soruşdu: -Siz nə vaxtdır bura gəlib iki nəfərlik sifariş edirsiz Amma heç kim gəlmir... Şəms iri gözləri ilə onu süzdü .İçində çilik –çilik olsa da bunu biruzə vermədən özünəməxsus təbəssümlə onu cavablandırdı: -Amma nə vaxtsa gələcək. Əmin olun. Gələcək. İti addımlarla bayıra çıxdı.Hıçqırığını şütütən avtomobillərin uğultusu, göz yaşını yağış damcıları gizlətdi... -Yağışa baxe. Bir saatın içində dəyişdi hava- deyə şofer deyindi -Saat yarıma burda ol . -Baş üstə-deyə şofer uzaqlaşdı. Səliqəli geyimli , saçı seyrəlmiş mavi gözlü 32, 33 yaşlı bir kişi restorana daxil oldu.Ofisiant onun qolunun üstə tutduğu paltosunu alaraq : -Xoş gəlmisiz-dedi . -Təşəkkür. -Masanız boşdu indi sahmana salarıq. -Olar problem deyil. -Sifariş...-gənc oğlanın sözü ağzında qaldı. -Bəli iki nəfərlik olacaq. Sonra nəzərləri ilə restoranı süzdü. Bura onun üçün çox bəsit bir yer idi. O, artıq daha bahalılarında əyləşmək imkanına malik idi. Çünki o, artıq "Şəms Holding”in rəhbəri Rüfət Salmanzadə idi.....
Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!