Nurlan Vaqifoğlu - Ürəyin Tanrının ovcuna sığmaz...

2017-01-31 11:02:58 / 8497 dəfə oxunub
Nurlan vaqifoğlu 17.03.1986 ildə salyan rayon xalac kəndində anadan olub. 2003-cü ildə tam orta məktəbi bitirib. 2004, 2005-ci illərdə həqiqi hərbi xidmət keçib DSX sərhədçi adını qazanıb. 2009, 2013-cü illər ərzində Ağcəbədi müəllimlər instutunu bitirib. Hal-hazırda müəllim işləyir. Erkən yaşlarından bədii yaradıcılıqla məşquldur. Bir kitab müəllifidir. Evləri özündən balaca adam, Ürəyin Tanrının ovcuna sığmaz... Sən min il, milyon il yol gəlirmişsən, Düşüncən yer adlı xurcuna sığmaz. Sözlərin dilində tüstünə düşər, Ulduzlar içində sürgünə düşər... Başın buludların üstünə düşər, Ayağın dünyanın ucuna sığmaz. Gör nələr söylədin, a bəxt yiyəsi, Düşdün misra-misra şeirə əsir... Bəlkə də sözün də qalacaq kəsir, Bu yolda bir ömür xərcinə sığmaz. Gör necə öldü bu adam Günahı başdan yuxarı, Hər kəsdə ocaq qaladı Yağan yağışdan yuxarı Dişləri örtdü dilini Göylərdən tökdü külünü. Tikdirdi son mənzilini, Boydan qarışdan yuxarı. Verib ələ yaxa bilmir Çəkilib çarmıxa bilmir Gör necə də çıxa bilmir, Durduğu yaşdan yuxarı. Hardasa tanrının ədaləti var. hardasa bu adlar varaqa düşdü. hardasa dünyalar çiçəklənmədə hardasa bir çiçək sazağa düşdü. Hardasa şər, xeyr bir qərar oldu, hardasa xoşbəxtlik bərqərar oldu. hardasa dərd ,kədər ahu, zar oldu. hardasa yar ,yardan uzağa düşdü. Hardasa göylərin dümanı yetdi. hardasa ayrılıq zamanı yetdi. hardasa bir ömrün karvanı yetdi. hardasa bir igid sınağa düşdü. Hardasa bir körpə çağlayır indi. hardasa bir gözəl ağlayır indi. hardasa bir sevgi ağrıyır indi. hardasa tanrı da qınağa düşdü.
Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!