Rəhman Hacıyevə göstərilən sarı vərəqə ləğv olundu

2017-01-31 19:26:24 / 3274 dəfə oxunub

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

sabahinfo.Az goal.az-a istinadən xəbər verir ki, Premyer Liqanın XV turunun "Qarabağ" - "Neftçi" matçı ilə bağlı İntizam Komitəsi aşağıdakı qərarları qəbul edir:

Oyunun 20-ci dəqiqəsində "Neftçi" klubunun azarkeşləri tərəfindən  pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimə olunur. Oyunun 67-ci dəqiqəsində "Neftçi" klubunun 17 №-li futbolçusu Rəhman Hacıyevə simuliyasiyaya görə göstərilmiş sarı vərəqə  hakim tərəfindən epizodun düzgün qiymətləndirilməməsi səbəbindən ləğv olunur.

Oyun bitdikdən sonra müəyyən olunmuşdur ki, "Neftçi" klubunun azarkeşləri tərəfindən stadionun 9 (doqquz) oturacağı sındırılmış və yararsız vəziyyətə düşmüşdür. Dəymiş zərərə uyğun olaraq "Qarabağ" FK klubunun təqdim edəcəyi məbləğ "Neftçi" klubu tərəfindən ödənilsin.

Azərbaycan  Premyer Liqasının XV turunun "Qəbələ" - "Sumqayıt" matçında "Sumqayıt" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!