14 milyona satmışdı, pulsuz geri aldı

2017-01-31 22:09:53 / 3872 dəfə oxunub

"Beşiktaş" sabiq hücumçusu Demba Banı geri qaytarıb.

sabahinfo.Az apasport.az-a istinadən xəbər verir ki, bu barədə İstanbul klubu açıqlama yayıb.
 
Açıqlamada seneqallı hücumçuya görə onun son klubu "Şanxay Şenxua"ya heç bir haqq ödənməyəcəyi qeyd edilib.
 
Ötən yay ağır zədə alan Demba Banın karyerasını bitirəcəyi deyilsə də, seneqallı hücumçu karyerasını davam etdirmək qərarı vermişdi. Uzun müddət yaşıl meydandan kənarda qalan 31 yaşlı futbolçunun bir neçə həftə sonra məşqlərə başlayacağı deyilir.
 
Qeyd edək ki, 2014/15 mövsümündə "Beşiktaş"da top qovan hücumçu, 2015-ci ildə, 14 milyon avro qarşılığında Çinin "Şanxay Şenxua" klubuna transfer edilmişdi. O, "ağ-qaralar"ın heyətində meydana çıxdığı 44 oyunda 27 qola imza atıb.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!