Yanvarda bahalaşan ərzaq məhsulları – STATİSTİKA

2017-02-13 11:27:51 / 4372 dəfə oxunub

Bu ilin yanvar ayında Azərbaycanda istehlak məhsulları və xidmətlərin qiymətləri 2016-cı ilin yanvar ayına nisbətən 11,9% artıb.

sabahinfo.Az xəbər verir ki, ərzaq məhsullarının qiymətlərində 14,5%, qeyri-ərzaq məhsullarının qiymətlərində 12,3%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində 8% artım qeydə alınıb.

Cari ilin yanvar ayında 2016-cı ilin dekabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 2,3%, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,8%, qeyri-ərzaq məhsullarının qiymətləri 2%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 1,9% artıb.

Ay ərzində düyü, un, qarabaşaq yarması, makaron məmulatları, mal, qoyun və toyuq ətinin, kolbasa, balıq, süd məhsullarının, pendir və yumurtanın, kərə və bitki yağları, şəkər və şəkər tozu, qəhvə, çay və kakaon, alma, armud, heyva, nar, portağal, naringi, banan, kələm, göyərti, pomidor, xiyar, kartof, soğan, sarımsaq, yerkökü, çuğundurun qiymətlərində bahalaşma müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2017-ci ilin yanvar ayında 2016-cı ilin dekabr ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, mebel və ev əşyalarının, zərgərlik məmulatlarının, xalça və digər döşəmə örtüklərinin, şüşə məmulatları, yemək qabları və əşyalarının, məişət cihazlarının, kompüterlərin, dəftərxana ləvazimatlarının, minik avtomobilləri və onlar üçün ehtiyat hissələrinin qiymətlərində bahalaşma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!