Nazim Aslan Bozalqanlı: Yaşamağın nə mənası?

2017-02-14 16:05:05 / 7880 dəfə oxunub

Nazim Aslan Bozalqanlı

(Vəliyev Nazim Aslan oğlu)

22 fevral 1960-cı ildə Tovuz rayonun Bozalqanlı kəndində anadan olmuşdur.1982-ci ildə indiki Azərbaycan Neft və Sənaye Universitetini və 2002-ci ildə Azərbaycan Respub-likasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiya-sını fərqlənmə diplomu ilə bitirmişdir.

"Neftçi”ədəbi-bədii dərnəyinin üzvü kimi onun şeirləri respublika qəzetlərinin səhifələrində Nazim Aslan,Nazim Aslan Bozalqanlı təxəllüsləri ilə müntəzəm dərc olunur.

Onun 2000-ci ildə "Sənsiz yaşamağa dəyməz”şeirlər kitabı nəşr edilmişdir.Texnika elmləri üzrə fəlsəfə doktorudur.

"Tərəqqi” medalına və Qızıl qələm mükafatına layiq görülmüşdür


Yaşayırsan hələ də!

İnsanlara kömək edib,sevirsənsə elini,

Pisliyin yox,yaxşılığın,bilirsənsə dilini,

Bir yazığın,kimsəsizin tutmusansa əlini,

Demək həyat davam edir,yaşayırsan hələ də!

Bir baxışın alovundan isinirsə ürəyin,

Biganəlik qrovundan üşüyürsə kürəyin,

Bir sevdadan boy tutursa neçə arzu,diləyin,

Demək həyat davam edir,yaşayırsan hələ də!

Ya sevincdən,ya kədərdən ağlayırsa gözlərin,

Ya qiymətdən,ya kəsərdən düşməyibsə sözlərin,

Lap ölsən də,bu dünyada qalacaqsa izlərin,

Demək həyat davam edir,yaşayırsan hələ də!

14 noyabr 2001-ci il,


Bakı.

Yaşamağın nə mənası?

Tonqal sitib kül olursa,

Qanqal bitib,gül solursa,

İlqar itib göz dolursa,

Yaşamağın nə mənası?

"Mərd”namərdə baş əyirsə,

Namərd mərdə "yaş”deyirsə,

Mərdə dərddən daş dəyirsə,

Yaşamağın nə mənası?

Məhəbbətə hicran dolsa,

Sədaqətdə yalan bolsa,

Səadətdə güman olsa,

Yaşamağın nə mənası?

Kimi isə eylə xoşbəxt!

Ağ saçlarım-qara günlər Əməlindən Nazim,güc al

Qara saçlar ağ günümmü? Qoy sıxmasın səni ağ saç

Alnımdakı sıx düyünlər, Müdrikliyə yüksəl,ucal,

Vəfa günüm,dağ günümmü? Haqq qapısın üzü ağ saç

Həyat özü gündüz-gecə,

Gur işıqlı,zil qaranlıq.

Yoldaş olur qəm sevincə,

Var yaxşılıq,var yamanlıq.

Bu həyatı necə ki,var,

Elə o cür qəbul edək.

Ömür yorğun,ömür çapar,

Bunu hər kəs eyləsin dərk.

Bu dünyadan nadan getmə,

Bu gün varsan,sabah ya bəxt.

Bu səbəbdən pislik etmə,

Kimi isə eylə xoşbəxt!

Cəsarətdən danışma!

Yurd həsrəti olur ikən Qalx ayağa,Azərbaycan!

Qubardan göz dolur ikən Başlasın cəng,tökülsün qan

"Xarıbülbül”solur ikən Məhv olmasa Nazim,düşmən

Səadətdən danışma! Şərafətdən danışma!

Əldə deyil Qarabağım,

Onla bağlı ahım,ağım.

Əzilməmiş düşmən,yağım

Dəyanətdən danışma!

Düçar olub xalqım dərdə,

Qəlb sızlayır pərdə-pərdə.

Vətən ikən yad əllərdə,

Cəsarətdən danışma!

Hey artsa da varım-pulum,

Şərə düşmüş nicat yolum,

Yad əldəsə ana yurdum,

Var-dövlətdən danışma!

dekabr 2007-ci il,Bakı.

Cağım bağlı Qarabağla!

Ağı deyir ana torpaq, Yumruqları sıxacayıq!

Ağım bağlı Qarabağla. Düşmənləri yıxacayıq!

Ürəyimə çəkilib dağ, Xoş günlərə çıxacayıq!

Dağım bağlı Qarabağla, Çağım bağlı Qarabağla!

Çağım bağlı Qarabağla!

İndi İsa bulağım yox,

Xarı bülbül oylağım yox,

Şuşam getmiş,Xan bağım yox,

Bağım bağlı Qarabağla.

Var dostlarım,var düşmənim,

Dosta-dostam,yada qənim,

Dostum,arxam türkdür mənim,

Yağım bağlı Qarabağla.

Azərbaycan,qurban olum,

Qoy açılsın əlin,qolun,

Araz olsun nicat yolun,

Sağım bağlı Qarabağla.

20dekabr 2002-ci il,Bakı.

Vədəsində

Ölüm haqqdır,bilir hamı, Nazim,ömrü dolğun yaşa,

Hər kəs ölə vədəsində. Müdrik tək vur ömrü baş

Kədər,qüssə qaçılmazdır Ölüm baxmaz quru,yaşa

Gözlər dola vədəsində. Salar yola vədəsində.

Heç olmaya yersiz kədər,

Qoy getməsin ömür hədər

Yazın ömrü fəsli qədər

Güllər sola vədəsində.

Ömür bağlı ilə,aya,

İnsan vaxtsız qocalmaya.

Çal qaşından saya-saya

Ağ tük yola vədəsində.

Ata,ana,övlad,nəvə,

Qismət ola hər bir evə,

Bir-birini hər kəs sevə

Dayaq ola vədəsində.

Hər kəsin öz qisməti

Zamanın Qıratında,

Bir il də belə getdi.

Hər kəsin həyatında,

Bir cür iz qoyub getdi.

Kimi gəlin köçürdü,

Kim oğluna toy etdi.

Kimi köksün ötürdü,

Kimin həyatı bitdi.

Demək bu cür yazılıb,

Hər kəsin öz qisməti.

Kimə qəbir yazılıb

Kimin artıb şöhrəti.

Şikayətə nə gərək,

Bunu edən fələkdir.

Həyatı olduğu tək

Qəbul etmək gərəkdir!

Yanvar 2008-ci il,Bakı

Xeyirxahlıq edəcəm!

Çöllərinə həsrətin Olmağı bu ovqatda,

Vüsal gülü əkəcəm! Öyrədəcəm hamıya!

Yollarına qeybətin Çalışacam həyatda,

İnamdan sədd çəkəcəm! Pis adamlar qalmıya!

Sevinc,şadlıq nurunu Sonunadək ömrümün,

Dolduracam cibimə! Xeyirxahlıq edəcəm!

Səpəcəyəm mən onu Ağuşuna ölümün,

Bədxahların qəlbinə! Xoşbəxt kəs tək gedəcəm

Yamanlığın,pisliyin

Qıracağam qıçını!

Tez qocalan gəncliyin

Qaraldacam saçını!

Qəm-qüssənin buzunu,

Əridəcəm əlimdə!

Həyatın dad-duzunu,

Artıracam dilimdə!

Seviləndə, sevəndə

Dəyişər sanki həyat, Mənalanar təbiət,

Seviləndə,sevəndə. Ağuş açar səadət.

Könül istər toy,büsat Nə gözəldir məhəbbət,

Seviləndə,sevəndə! Seviləndə,sevəndə!

Günəş doğar lap erkən,

Quşlar ötər daha şən,

Yoxa çıxar duman,çən

Seviləndə,sevəndə!

Bağça-bağlar gül açar,

Güllər əldə dil açar.

Dillər sirri bil,açar,

Seviləndə,sevəndə!

İnsanın üzü gülər,

Baxışı,gözü gülər.

Söhbəti,sözü gülər,

Seviləndə,sevəndə!

Səni sevdiyimi duyarsan yəqin

Həsrətdən üzülən üzümə baxsan,

Yaşdan gilə tutan düzümə baxsan,

Yolunu gözləyən gözümə baxsan,

Səni sevdiyimi duyarsan yəqin!

Yuxusuz gecədən soraq eyləsən,

Könül kitabımı varaq eyləsən,

Etibar,vəfadan sınaq eyləsən,

Səni sevdiyimi duyarsan yəqin!

Sən də fikir çəkib,xəyala dalsan,

Mənim tək hicranın əlində qalsan,

Aydan,ulduzlardan bir xəbər alsan,

Səni sevdiyimi duyarsan yəqin!

Gözlərin önünə gətirsən məni,

Sezsən üz-gözümdə dumanı,çəni,

Alnımda qırışı,saçımda dəni,

Səni sevdiyimi duyarsan yəqin!


02 mart 2005-ci il,Bakı.


İçin-için yandım...


Gözə baxdım,göz dərin, Gözə baxdım,göz dərin,

Gözlərində köz dərin, Gözlərində köz "sərin”

Gözlərindəki közlərin Gözlərindəki "sözlərin”

Atəşində yandım,ah!... "Yaş fərqini”qandım,ah!..

İçin-için yandım, ah!...

Gözə baxdım,göz dərin, İçin-için yandım,ah!...

Gözəl,süzgün gözlərin,

Gözü közlü gözəlin,

Sevdasına andım,ah!...

Gözə baxdım,göz dərin,

Gözlərində gözlərim,

Gözlərində gözlədim,

Gözün gözüm sandım,ah!...

Gözə baxdım ,göz dərin,

"Gözə gələr”gözlərin,

Gözün gərək gizlədim,

Bu istəyi dandım,ah!...


05 may 2000-ci il,Bakı.

Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!