FƏXRİYYƏ QAYIBOVA: "Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, Yer üzündə 5 milyarda yaxın insan kariyesdən əziyyət çəkir"

2017-02-18 14:15:15 / 6586 dəfə oxunub
Yenə də salam. 
Dişlər insana yaraşıqdır. Adətən dişlərimizi qoruyub saxlamaq üçün biz ilk önəc öz gigiyenamıza diqqət yetirməliyik. Bunun üçündə əlbəttə ki,diş həkimlərinində rolu əvəzsiz deyil. Deyir həkim var xəstəyə qayğı ilə yanaşır,həkim var... Hər nə isə mən həkimləri tənqid etmək fikrində deyiləm. Sadəcə artıq bu gün diş həkimlərindən biri haqqımnda danışmaq yerinə düşərdi. Açığı onun sənətinə bağlı olduğunu biləndə onunla görüçməmək olmazdı.
Əziz oxucular, bu dəfə də "SABAHinfo.az" özünün "SİMALAR" rubrikasına fərqli bir qonaqla gəldi.rubrikası ilə hər həftənin şənbə günü qonağınız olacağıq.Elə bu gündə rubrikamızın qonağı ömrünün yarı hissəsini bu sənətə adamış,gözəl xanım,səmimi insan,31 ildir sənəti üzrə çalışan həkim-stomatoloq Fəxriyyə Səyyaf qızı Qayıbovadır.
-Salam Fəxriyyə xanım.
-Salam.Təşəkkür edirəm ki,məni dəvət etmisiniz.
-Bir şey deyil.Fəxriyyə xanım bir az özünüz haqda məlumat verin.
-Mən,Fəxriyyə Səyyaf qızı Qayıbova 1978-1983-cü illərdə ATU-nin stomatologiya fakültəsini bitirmişəm.3 il Sumqayıtda stomatoloji poliklinikada çalışmışam,daha sonra isə ak.M.Mirqasımov adına RKX-da çaışmağa başlamışam.
-Elə sizin sahənizlə bağlı suallar vermək istərdim. Fəxriyyə xanım bizə və oxuculara maraqlıdır. Sağlam dişlərə necə sahib olmalıyıq?
-Hə sağlam dişlərə malik olmaq üçün aşağıdakı qaydalara əməl etməliyik.
Dişlərin sağlamlığına kiçik yaşlardan fikir vermək lazımdır.
- Dişlərdə qoz-fındıq kimi qalın qabıqlı çərəzləri sındırmaq olmaz.
- Gündə ən azı iki dəfə dişləri təmizləmək lazımdır. Çünki ağızda bakteriyalar 12 saatdan bir çoxalır.
- Yemək yeyəndən sonra mütləq ağızı qarqara etmək məsləhətdir. Belə olanda qida qalıqları dişin dibində ilişib qalmır.
- Dişlərin funksiyası çeynəməkdir. Yumşaq qida qəbul etmək dişlərin daha tez çürüməsinə səbəb olur. Odur ki, dişləri çox işlətmək lazımdır.
- Xırçıldayan meyvə - tərəvəz (alma, kök, turp, xiyar) yemək diş ərpinin yaranmasının qarşısını alır.
-Dişləri necə fırçalamalıdır?
-Dişləri fırçalamaqda məqsəd dişlərin üzərinə yapışmış və gözlə görülə bilməyən hissəcikləri təmizləyərək sağlam bir ağıza sahib olmaqdır.
Ağız sağlamlığını qorumaq üçün 3 vasitəyə fikir vermək kifayətdir: diş fırçası, diş pastası və diş ipi. Diş fırçasını 3-4 aydan bir dəyişmək məsləhətdir. Dişlərinizi yumazdan əvvəl fırçanızı sabunla yuyun. Çünki bakteriyalar fırçanın dərinliklərinə toplanır. Sərt tüklü fırçadan istifadə etmək məsləhət deyil. Dişləriniz zədələnə bilər. Gündə iki dəfə dişləri fırçalamaq və yeməkdən sonra diş ipindən istifadə etmək sağlam ağızın açarıdır.
-Nəyə görə qədim insanlarda kariyes problemi olmayıb?
-Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, Yer üzündə 5 milyarda yaxın insan kariyesdən əziyyət çəkir. Alimlərin araşdırmalarına görə, dişlərində problem yaranan yaşlıların 84 faizi uşaqlıqda ana südü ilə deyil, süni vasitələrlə qidalananlardır. B.e-dan qabaq I əsrdən eramızın VII əsrinə qədər olan dövrdə qədim insanlarda kariyes çox az olub. Çünki qədim insanlar indiki qidalarla deyil, daha sərt qidalarla qidalanırdılar və onların diş-çənə sistemində güclü çeynəmə prosesi gedirdi. Ancaq VII əsrdən başlayaraq insanlar buğda, arpa ilə qidalanmağa başlayıblar, un məmulatı ilə qidalanma artdıqca kariyesin faiz göstəricisi yüksəlib.
-Hansı qidalar dişlərə ziyandır?
-Davamlı olaraq qəhvə içmək dişlərə ziyandır. Ofis şəraitində işləyənlər bütün günü qəhvə, şirniyyatla çay içir, əlüstü mədəni doldururlar. Bu hal ağızda turşu ifraz edən bakteriyaları aktivləşdirərək diş səthində yaşamasına və dişlərin çürüməsinə səbəb olur. Həkimlər bu halın qarşısını az da olsa almaq üçün qəhvəni arada südlə içməyi məsləhət görürlər. Ümumiyyətlə çay və qəhvə şəkərsiz və ya az şəkərli içilməlidir. Şirniyyatları qəbul edəndən sonra mütləq dişlər fırçalanmalıdır.
Həddindən artıq şirniyyat yemək dişlər üçün zərərlidir. Şirin maddələr kariyesin yaranması üçün münbit şərait yaradır. Dişlərin üstünü yapışqan edir, bakteriyaları özünə çəkir və nəticədə diş zədələnir, qaralır və tədricən çürüməyə başlayır.
Faydalı qidalara gəldikdə isə, qara şokolad dişlər üçün çox xeyirlidir. Çünki onun tərkibində olan yağlar şəkərin təsirindən dişlərin dağılmasının qarşısını alır. Həkimlər şirniyyat qəbulundan sonra sərt meyvə və tərəvəzdən istifadə etməyi məsləhət görürlər. Alma, xiyar dişləri təmizləyir. Pendir də faydalı sayılır.
Bəzi insanlar yeməkdən bir neçə saat sonra şirniyyat məhsulları yeməyi sevirlər. Əsas yemək payından dərhal sonra yeyilən şirni əsas yeməyin bir parçasıdır və çürüməyə səbəb olan bakteriyalar zərərsizləşdiyi üçün təkrar aktiv hala gələ bilməz. Buna görə də şirniyyatın acqarına yeyilməsi məsləhət deyil. Şirniyyatın yemək payları içərisində istehlak edilməsi diş sağlamlığı üçün əhəmiyyətlidir.
Hamının açıq havada ləzzətlə yediyi əlüstü fast-food məhsulları və qəbul etdiyi qazlı içkilər də dişə zərər verir. Çünki bu qidaların tərkibində olan çoxlu miqdarda turşu dişin toxumalarını zədələyir, kariyesin yaranması üçün münbit şərait yaradır.
Siqaret çəkmək ağız quruluğu, ağız qoxusu, dişlərin saralmasına və hətta ağız xərçənginə qədər bir çox xəstəliyə səbəb ola bilər. Yalnız sağlam dişlər üçün deyil, eyni zamanda sağlam bir həyat üçün siqareti atmaq lazımdır.
Yemək yedikdən sonra diş üçün ediləcək ən yaxşı iş su və ya süd içməkdir. Yeməkdən sonra içilən bir stəkan su, yemək qırıntılarını ağızdan uzaqlaşdırar və ağızda təmiz mühit yaradar. Bundan əlavə süd içmək dişdə kalsiumun yaranmasına səbəb olar.
Meyvə və tərəvəzlərdən bol istifadə nəinki dişlər, eləcə də bütün orqanizm üçün mütləqdir. Çünki orqanizmin vitamin ehtiyacı onlarla ödənir. Sərt meyvə və tərəvəzlərin qəbulu dişləri mexaniki olaraq təmizləyir. Məsələn, almanın dişlənilərək yeyilməsi ön dişlərdə mexaniki təmizliyə səbəb olar.
Çalışın şəkərsiz saqqız çeynəyin. Saqqız çeynəmək istəyəndə şəkərsiz olanlarına üstünlük vermək diş üçün xeyirlidir. Çünki şəkərsiz saqqız ağız suyunu artırır və ağızda turşuluğu neytrallaşdırır, kariyesin yaranma səbəbini aradan qaldırır.
-Bəs diş sağlamlığı üçün xeyirli olan vitaminlər hansılardır?
C vitamini diş əti üçün çox xeyirlidir. Gündə 1 qram vitamin C diş əti xəstəliyi yaradan xüsusi bakteriyaları məhv edir. Bəzi şirələrin tərkibində (portağal, şaftalı, mandarin və s.) turşu vardır. Bu maddə dişin üst təbəqəsini zədələyir. Ona görə də şirələri çöplə içmək məsləhət görülür. Üzümdən istifadə də dişlər üçün xeyirlidir. Mütəxəssislər üzümdə fitoximik yetişdirici komponentlər aşkar ediblər ki, bu da ağız boşluğunda kariyes və diş əti xəstəliyi yaradan bakteriyaların yox olmasına imkan verir.
Dişlərin sağlamlığı üçün kalsium ən önəmli elementlərdən biridir. Kalsiumla zəngin olan süd və süd məhsulları, meyvə-tərəvəz dişləri çürüməkdən qoruyur.
Vitamin D kalsiumun orqanizmə sorulmasını, sümük və dişlərdə yığılmasını təmin edir. Bu da dişin quruluşu və güclü olması üçün böyük əhəmiyyət daşıyır. Son zamanlarda həkimlərin açıqlamalarına görə, D vitamininin orqanizmdə öz vəzifəsini yetərincə yerinə yetirməsi bir genə bağlıdır. Vitamin D qəbuledici geninin düz işləməməsi dişlərdə mineral tarazlığını pozar və çürüməni sürətləndirər.
-Diş ağrısı niyə olur, nə mənanı verir?
-Diş ağrıları şiddətinə və mənbəyinə görə müxtəlif mənalar ifadə edir. Əgər diş soyuq, şirin kimi faktorlara sızlama şəklində cavab verirsə, çürük varlığı, var olan plomblarda problem, çat və ya qırıq diş, diş ətlərində çəkilmə, kimi narahatlıqları; Əgər isti faktorlara cavab verirsə şişmiş dişlər infeksiya sinusit kimi problemləri işarə edər.
Şiddətli diş ağrısı, dişin üstündə çeyneyəməmə kimi əlamətlər kanal müalicəsi tələb edəcək dərin çürük və infeksiyaya işarə edər.
-Ortodontik müalicə vacibdirmi?
-Ortodontik müalicə dişlərin mövqeləri və sklet mənşəli anomaliyaları düzəltmək baxımından çox əhəmiyyətlidir. Dişlərin fiziki strukturları və ağızdakı mövqeləri üzdəki toxumaların formalaşması və daha sonra ortaya çıxa biləcək ağız sağlamlığı problemlərinin qarşısını almaq baxımından əhəmiyyət kəsb etməkdədir. Danışma, qidalanma və estetik baxımdan ortodontik müalicə edilməsi lazım olduğu vəziyyətlərdə ortodontik müalicə qaçınılmazdır.
-Diş ağartmaları nə qədər müvəffəqiyyətli olur?
Rəng dəyişdirən dişlər kimyəvi maddələrlə bəyazladıla bilər. Dişlərin rənglənmə səbəbi və ağartmanın tətbiq müddətinə görə dəyişən nisbətlərdə ağartma edilə bilər.
-Diş əti qanaması nələrə gətirib çıxarar müalicəsi vardırmı?
-Diş əti qanamaları diş ətlərində problem olduğunu göstərir və təcili müalicə edilməsi lazımdır. Diş əti problemləri dişin dəstək toxumasının itkisinə gətirib çıxararaq diş itkisinə qədər yol aça biləcək problemlərə və böyrəklər, ürək kimi orqanlara təsir edərək başqa ümumi narahatlıqlara yol aça bilər. Diş əti xəstəlikləri mütəxəssisləri tərəfindən lazımi müalicələr edilərək bu problemlər aradan qaldırıla bilər
-Fəxriyyə xanım ağrıyan şişən dişlər çəkilməlimidir?
-İnfeksiyalı dişlər şiddətli ağrı və şişməyə yol aça bilər. Dişətialtı və ya bağlanışda funksiya görməyən 20 yaş dişləri xaric ağızda saxlanması funksional olacaq bütün dişlər müxtəlif texnikalarla ağızda saxlanıla bilər.Xəstənin öz dişinin ağızda qalması funksiya baxımından ən uyğun protezlərdən daha funksionaldır. Kanal müalicəsi tətbiq olunmuş dişin xəstənin istifadəsi baxımından kanal müalicəsi olmayan digər dişlərdən bir fərqi yoxdur.
-Süd dişləri müalicə edilməlimidir?
-Süd dişləri düşənə qədər funksiya və daimi dişlərə rəhbərlik etməsi baxımından önemlidir. Çatışmazlıqlardan ortaya çıxa biləcək fəsadların daha sonrakı daimi dişlər və ağız sağlamlığı baxımından problemlər yaşanacağından ağızda qalma müddətlərini tamamlayana qədər süd düşləri ağızda saxlanmalı, əgər mümkün olmasa yer tutucu adı verilən apareylərlə lazımlı müalicələri edilməlidir.
Həqiqətəndə maraqlı söhbət alındı. Fəxriyyə xanımın ümid edirik ki, məsləhtləri siz oxucularada hardasa kömək edəcək. Odur ki dişləri qorumaq onlara qulluq etmək lazımdır ki, sonrada peşimançılıq hissi keçirməyək. Yeri gəlmişkən müsahibimlə söhbətimdə öyrəndim ki, bu günlərdə Fəxriyyə xanım "QAFQAZMEDİA"İB-nin təsis etdiyi "İBN SİNA"diplomu ilədə təltif olunub. Bu münasibət ilə Fəxriyyə xanımı təbrik edir,ona işlərində
müvəffəqiyyətlər arzu edirik

Aydın ULUSOY
Son xəbərlər
Stadnik dünya çempionu oldu
2019-09-18 16:44:20
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!