Bakıda daha bir İDMAN OYUNLARI keçiriləcək

2017-02-20 13:48:12 / 3650 dəfə oxunub

Bakıda Kempo üzrə ikinci Asiya oyunları təşkil olunacaq

sabahinfo.Az xəbər verir ki, 25-26.03.2017 tarixdə Bakı şəhərində Şağan Olimpiya İdman Kompleksində Kempo üzrə ikinci Asiya oyunları təşkil olunacaq. Yarışda 17 Asiya ölkəsinin iştirakı gözlənilir. Yarış Bakı şəhəri Gənclər və İdman Baş İdarəsinin, Şərq Döyüş Növləri Federasiyaları Şurasının razılığı ilə "Toğrul" şərq əlbəyaxa döyüş növləri və təkmübarizlik sənəti klubu tərəfindən təşkil olunur. Yarışın məqsədi Asiyada və Dünyada Kempo döyüş sənətinin təbliğatı, dövlətlər arasında dostluq və əməkdaşlığı genişləndirməkdir. Xarici idmançıların iştirakı ilə birgə Azərbaycan Kempoçularının da iştirakı gözlənilir. Yarış uşaqlar, yeniyetmələr, gənclər və kişilər arasında keçiriləcək. Oyunlar Kempo Full, Kempo Submission (Grappling Gi-NoGi), Kempo Semi, Self Defens (özünümüdafiə), Kempo PRO versiyaları üzrə keçiriləcək.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!