İordaniya "Bakı 2017"də geniş heyətlə iştirak edəcək

2017-02-22 12:00:27 / 4254 dəfə oxunub

İordaniya Bakıda keçiriləcək 4-cü İslam Həmrəyliyi Oyunlarında 70 idmançı ilə təmsil olunacağını açıqlayıb.

Sabahinfo.az goal.az-a istinadən xəbər verir ki,İordaniya Olimpiya Komitəsi bu ölkənin idmançılarının taekvondo, tennis, cüdo, üzgüçülük, boks, karate, güləş, uşu, atıcılıq, 3-ün 3-ə basketbol və paralimpiya növlərində mübarizə aparacaqlarını yazıb. Ümumiyyətlə, 4-cü İslam Həmrəyliyi Oyunlarında 57 ölkədən 3500 idmançı iştirak edəcək. İlin idman tədbiri mayın 12-də başlayıb 22-də yekunlaşacaq. Azərbaycan ev sahibi olaraq bütün idman növlərində təmsil olunacaq.


Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!