Aydın ULUSOY: Mənə Həyatımı Qaytar

2017-02-22 12:11:58 / 7020 dəfə oxunub
Diqqət əsər real faktlar üzərində qələmə alınıb

-Get,bir daha bu qapıya gəlməyə cəsarət eləmə.-deyə qapını üzünə bağladılar Aylinin.
Payızın yağmurlu bir günü idi. Nə edəcəyini,hara gedəcəyini bilmirdi Aylin. Sakitcə üstünə atılan paltar kuloku və Aylin... Çöldə çaxan şimşək,yağan yağış, sanki təbiət belə ona qarşı atılan addıma görə qəzəblənmişdi. Amma nə etmək olardı? Sadəcə susmaq,taleyinə boyun əyib başını aşağı salaraq o qapıdan uzaqlaşmalı idi.
Blokdan çıxdığı zaman yağış yağmağa başlamışdı. Əlində paltar dolu selofan kulok əynində nazik gödəkçə. Hara gedəcəyini,nə edəcəyini bilmirdi. Nə pulu var idi,nə də... Birdən dərin bir köks ötürdü. Analı günləri yadına düşdü. O günlər ki, qayğısız idi. Yalnız sevinc səadət dolu günlər idi. Amma indi.
***
Dayanacaqda oturub nə edəcəyini,hara gedəcəyini bilmirdi. Sadəcə taleyinə lənət edir, bu dünyaya gəldiyinə, xoş gün görmədiyinə görə özünə qarğış edirdi Aylin. Soyuq idi hava,soyuq,həm də yağışlı idi. Yağış və soyuq bədəninə işləmişdi. Bircə isti bir sığınacaq axtarırdı. Çox düşündü,çıxış yolunu nənəsinin evinə getməkdə görüb piyada onlara doğru addımladı. Yol boyu nənəsinin evinə çatmağı çox istəyirdi.
***
Aylini evdən çıxartdığına görə atası Mətləb kişi özünü qınayırdı. Pəncərə önündə dayanıb çölə baxır,içində dərin köks ötürərək qızı Aylinə qarşı atdığı addıma görə özünü qınayır,rəhmətlik arvadı Səltənət ilə sanki sağmış kimi söhbət edirdi: "Bilirsən Səltənət,məni bağışla. Mən bunu istəmədən etdim.Amma etməli idim.”
Bu ara Mətləb kişini böyük qızı Təranənin səsi ayırdı.
-Ata,-deyə Təranə ona yaxınlaşdı:-Nə düşünürsən,olmaya atdığın addıma görə peşimansan hə?
Mətləb kişi gözünü pəncərədən çəkmədən :
-Yox.-dedi.
-O zaman nə düşünürsən?
Mətləb kişi pəncərədən aralanıb qızı Təranəyə baxaraq otağına doğru getdi. Təranə is onun ardınca baxıb öz-özünə:”Bu da keçər”deyib divanda oturdu. Bacısı Aylini evdən çıxartdırdığına görə sevinirdi.
***
Gecə saat 12 yə işləyirdi. Zeynəb xala qapının döyültüsünə qapıya yaxınlaşıb qapını açdı. Kandarda nəvəsi Aylini görüb təəccüb etdi. Salamlaşdılar, onu içəri dəvət edib qapını bağladı. Onunla qonaq otağına keçib:
-Bu gecə vaxtı xeyir ola Aylin?-deyə ondan gəlişinin səbəbini soruşmuşdu ki, nəvəsi Nicatın içəri girib sərt baxışlarla Aylinə baxdığını görüb heç nə anlamadı.
Nicat isə Aylinə yaxınlaşıb üzünü nənəsi Zeynəb xalaya tutaraq dedi:
-Nənə, bu fahişə nə üzlə bu evə gəlib?
Zeynəb xala nəvəsi Nicatın sözlərindən dəhşətə gəlib bir ona,bir də Aylinə baxdı. Nəvəsi Nicatın sözlərindən dəhşətə gəlmişdi.
Nicat isə Aylinə baxıb üstünə qışqırmaq,üzünə tüpürmək istəyirdi. Aylin isə heç bir söz deməyib başını aşağı salmşdı.Zeynəb xala isə nəvəsi Nicatın nədən belə danışdığını anlamırdı.O üzdəndə Aylinə baxdı:
-Nicat bununla sən nə demək istəyirdi?
Susub başını aşağı salmışdı. Aylin nə deyəcəyini bilmirdi. Nicat isə onun susduğunu görüb:
-Görürsən nənə.-dedi:-Bu fahişədir,nəslimizin ləkəsidir.
-Yox.-deyə Aylin başını qaldırmadan astaca dilləndi.
-Nə yox,sən nə üzlə özünü müdafiə etməyə çalışırsan?
Zeynəb xala heç nə anlamayıb divana çökdü. Əli ilə başını tutub dərindən bir ah çəkdi. Aylinin isə çarəsi yox idi. Başını qaldırıb onlara baxmaq özünü müdafiə etmək iqtidarında belə deyildi.
                                                                              Ardı var
əsər haqda fikirləriniz önəmlidir
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!