Alim Qasımov: Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin dünyada tanınmasında misilsiz xidmətləri var

2017-02-25 15:00:03 / 3640 dəfə oxunub

Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin dünyada tanınmasında, ölkənin inkişafında misilsiz xidmətləri var.

Bunu Trend-ə açıqlamasında xalq artisti, dünya şöhrətli muğam ifaçısı Alim Qasımov deyib.

Onun sözlərinə görə, Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafındakı rolu danılmazdır: "Mehriban xanım Azərbaycan muğamının inkişafı üçün əlindən gələni edib. O, Azərbaycanın muğam ifaçılarına, sənətkarlarına daim diqqət yetirib. Mehriban xanım daim sənətkarlara, sənət adamlarına yüksək qiymət verib. Azərbaycan mədəniyyətinə Mehriban xanımın verdiyi qiyməti hamı bilir. Mehriban xanım bu vəzifəyə layiqdir. Onu bu münasibətlə təbrik edirəm və inanıram ki, bundan sonrakı fəaliyyətində Mehriban xanım Azərbaycanın inkişafı üçün daha faydalı işlər görəcək".


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!