Azərbaycanlı Fransada yüksək vəzifəyə təyinat alıb – FOTO

2017-02-27 16:38:05 / 4400 dəfə oxunub

Azərbaycanlı mütəxəssis metrologiya sahəsi üzrə beynəlxalq təşkilat olan və mənzil-qərargahı Fransanın Sevr bələdiyyəsi ərazisində yerləşən Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büroya təyinat alıb.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Oxu.Az-a verilən məlumata görə, adıçəkilən qurumun Beynəlxalq əlaqələr şöbəsinin müdiri işləmiş Rəhimə Quliyeva adıçəkilən beynəlxalq təşkilatda Beynəlxalq əlaqələr və kommunikasiya şöbəsində beynəlxalq əlaqələr üzrə köməkçi vəzifəsinə təyin olunub.

R.Quliyevanın əsas vəzifəsi üzv dövlətlərlə Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro arasında ikitərəfli əlaqələri genişləndirmək, keyfiyyət infrastrukturu sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı həyata keçirmək və s. məsələləri əhatə edir.

Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro Metrik Konvensiyanın imzalanması ilə təsis olunmuş dövlətlərarası beynəlxalq təşkilatdır və Çəkilər və Ölçülər üzrə Baş Konfransın daimi fəaliyyət göstərən işçi orqanıdır. Çəkilər və Ölçülər üzrə Baş Konfransa üzv olan dövlətlər metrologiya elmi, həmçinin etalonların yaradılması və tətbiqi ilə bağlı birgə fəaliyyəti həyata keçirirlər.

Bu təşkilatın işinin elmi istiqaməti ölçmələrin metrik sisteminin təkmilləşdirilməsindən ibarətdir.
Azərbaycan hökuməti adından Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 2015-ci ilin yanvar ayından metrologiya sahəsində əsas beynəlxalq təşkilatlar olan Çəkilər və Ölçülər üzrə Baş Konfransda assosiativ üzv və Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilatda müxbir üzvdür.

Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!