"Real" milli üzvü ilə danışıqlara başladı

2017-02-28 14:17:48 / 4509 dəfə oxunub

"Yuventus"un müdafiəçisi Leonardo Bonuççi karyerasını İspaniyada davam etdirə bilər.

sabahinfo.Az apasport.az-a istinadən xəbər verir ki, 29 yaşlı futbolçu "Real"ın maraq dairəsinə düşüb.

Madridlilər Bonuççini komandadan ayrılacağı gözlənilən Pepenin yerinə transfer etməyi planlaşdırırlar. Pepe ilə Çin klubları danışıq aparır və təcrübəli müdafiəçinin yayda "Real"ı tərk etmək ehtimalı yüksək dəyərləndirilir.  
 
"Yuventus" rəhbərliyi bu təklifə hələ ki, cavab verməyib.
 
Qeyd edək ki, 2010-cu ildən "qoca sinyora"nın formasını geyinən Bonuççi həmin ildən İtaliya yığmasının da üzvüdür.

Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!