Bu il Hindistandan dondurulmuş camış əti almamışıq

2017-02-28 16:08:21 / 4282 dəfə oxunub

"Azərbaycana dondurulmuş qoyun əti gətirilmir. Mal əti isə əsasən, Ukrayna, Rusiya və Moldovadan idxal olunur”.

sabahinfo.Az xəbər verir ki, bu haqda Modern.az-a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli məlumat verib.

O qeyd edib ki, Azərbaycana Hindistandan dondurulmuş camış əti gətirilmir:

"Ötən il ərzində çox az miqdarda ət gətirilib. Bu il isə ümumiyyətlə, Hindistandan Azərbaycana dondurulmuş camış əti idxal olunmayıb”.

Y.Xanvəlinin sözlərinə görə, idxal edilən ətlərin standartlara cavab verməsi tam olaraq yoxlanılır:

"Gömrük açılışı zamanı Respublika Baytarlıq İdarəsinin əməkdaşları həmin ətlərdən nümunələr götürüblər. Götürülmüş nümunələr 17 istiqamətdə yoxlanılıb. Ətlərin tələblərə uyğun olduğu müəyyənləşib”.

Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!