Tanınmış aktrisa qarət olunub

2017-02-28 13:05:40 / 4320 dəfə oxunub

"Səhranın ağ günəşi” filmində Vereşaqinin həyat yoldaşı obrazını canlandıran aktrisa Raisa Kurkina dələduzların qurbanı olub.

sabahinfo.Az Report-a istinadla xəbər verir ki, fevralın 22-də özünü hansısa poliklinikanın baş həkimi kimi təqdim edən kişi 89 yaşlı Kurkinaya zəng edib və aktrisaya ölümcül xəstə olduğunu bildirib.

"Baş həkim” deyib ki, bu yaşda əməliyyat mümkün deyil və bunun üçün 690 min rubl (təxminən 20838 manat) dəyərində dərman almaq lazımdır. Kurkina razılaşıb və dələduz onlara gəlib. Qadının üzərində lazımi qədər pul olmayıb və aktrisa ona yalnız 45 min rubl (təxminən 1359 manat) verə bilib. Cani pulu götürərək aradan çıxıb.

Faktla bağlı cinayət işi qaldırılıb, cani asayiş keşikçiləri tərəfindən axtarılır.

Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!