Luis Enrike “Barselona”nı tərk edir

2017-03-02 09:00:16 / 4376 dəfə oxunub

İspaniyanın "Barselona” klubunun baş məşqçisi Luis Enrike mövsümün sonunda komandadan ayrılacağını bildirib.

sabahinfo.Az Report-a istinadən xəbər verir ki, bu barədə Kataloniya klubunun rəsmi Twitter səhifəsində məlumat yerləşdirilib.

"Kluba mənə etimad göstərdiyi üçün təşəkkür etmək istəyirəm. Bu üç il unudulmaz idi”, - deyə 46 yaşlı mütəxəssis bildirib.

Enrike komandaya 2014-cü ildə baş məşqçi təyin olunub. Klub onun rəhbərliyi altında iki ölkə çempionatı və bir ölkə kubokunun qalibi olub. Kataloniyalılar, həmçinin İspaniya Superkuboku, Çempionlar Liqası, UEFA Superkuboku və Dünya klub çempionatının qalibi olublar.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!