Fərda ilə Kənan arasında qonorar söhbəti: "Narazıçılıq yarandı"

2017-03-03 12:00:05 / 4882 dəfə oxunub

Xəbər verdiyimiz kimi, rejissor Kənan M.M. "Gecə qonağı" filminin ikinci hissəsini lentə alır. Rejissor ekran işinin ilk bölümündə yer alan aktyor Fərda Xudaverdiyevin ikincidə olmayacağını, buna onun istədiyi yüksək qonorarın səbəb olduğunu bildirib. 

sabahinfo.Az xəbər verir ki, F.Xudaverdiyev axşam.az-a açıqlamasında məsələyə aydınlıq gətirib. O, rejissordan yüksək qonorar tələb etmədiyini söyləyib:

"Kənanla aramızda bir anlaşılmazlıq oldu. Dostumdur, qardaşımdır, amma bu qonorar söhbəti çox böyüdüldü. Mənim istədiyim qonorar dedikdə, burada çox cüzi bir məbləğdən söz gedir. Bunu xarici ölkədəki aktyorların aldığı maaşla müqayisə etmədən deyirəm. Həqiqətən də, narazaçılıq kiçik məbləğdən yarandı".

F.Xudaverdiyev "Selfinaz" şousundan sonra qonorarınızı artırmısınız" sualına belə cavab verib:

"Çoxlu film təklifləri alıram. Amma içərisindən ən sərfəlisini seçməyə çalışıram. Eyni zamanda da ssenari yaxşı olmalıdır. Qonorarla bağlı gözləntilərim çoxdur, amma hələ özünü doğrultmayıb. Mən qonorar olmayanda da çalışmışam".

Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!