Dünyanın ən varlı adamları - Onların nə qədər pulu var?

2017-03-27 11:45:35 / 3272 dəfə oxunub

Forbes jurnalı dünyanın ən zəngin şirkətlərində payı olan milyarderlərin sıyahısını açıqlayıb.

Siyahıya 100 nəfərin adı daxil edilib. Onların sərvətlərinin ümumi dəyəri 7.67 trilyon dollardır.

Siyahının ilk pilləsində "Microsoft” şirkətinin rəhbəri Bill Qeyts yer alıb. Onun 86 milyard dollar sərvəti var. İkinci yerdə amerikalı iş adamı Varren Buffett (75.6 milyard) qərarlaşıb. İlk üçlüyün sonuncu pilləsində "Amazon” online satış saytının sahibi Jeff Bozosdur. Onun sərvəti 72.8 milyard dollardır.

Daha sonra Amancio Orteqa - 71.3 milyard, Mark Zukerberq - 56 milyard, Karlos Slim Helu - 54.5 milyard, Larri Ellison - 52.2 milyard, Çarls Koch - 48.3 milyard, David Koch – 48.3 milyard, Maykl Bloomberq – 47.5 milyardlıq sərvətlə onluqda qərarlaşıblar.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!