"Gecə evə gec gedirəm, həmişə danlanıram" - Nərgiz

2017-03-28 19:11:38 / 3972 dəfə oxunub

"Hər gün səhər 8-də yuxudan oyanıram, idmana gedirəm. Hər səhər 9-da hovuza yollanıram".

Sabahinfo.az axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı Nərgiz Vahabqızı "ATV kulis" verilişində deyib.

Aparıcı gecə evə gec getdiyini etiraf edib:

"Həmişə buna görə danlanıram. Hər gün iş-ev alınmır. Dostlarla görüşməliyəm, əylənməliyəm... Sonra evə gedirəm. Yoxsa işdən yorularam".

Nərgiz haqsızlıq gördüyü insana pislik etməkdən çəkinmədiyini söyləyib:

"Məni haqsızlıq ağladar. Mən də kiməsə haqsızlıq etmişəm. Bir yaxşılıq görəndə, beş qaytarırdım. Amma indi dəyişdim. Beş yaxşılıq edənə, bir yaxşılıq qaytarıram. Amma bir pislik edənə, beş pislik edirəm ki, yerini bilsin. Təkrarlamığı ağlından belə keçirməsin".


Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!