Yeni istismara verilmiş platformadan ilk quyu qazılır

2017-04-03 17:12:07 / 4358 dəfə oxunub

"Neft Daşları”nda yeni istismara verilmiş platformadan ilk quyu qazılır.

Sabahinfo.az SOCAR-a istinadən xəbər verir ki, "Neft Daşları” yatağında yeni istismara verilmiş 620A nömrəli stasionar dəniz özülündən ilk 2621 nömrəli quyuda qazma işlərinə başlanılıb.

"Azneft” İstehsalat Birliyi "Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1630 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft və 1000 kubmetr qaz hasil olunacağı nəzərdə tutulur.

Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!