"Messi müqaviləsini artırmasa, tarixi səhv edər" - Xavi

2017-04-03 18:26:47 / 3896 dəfə oxunub
Qətərin "Əl-Sadd” komandasının futbolçusu Xavi Ernandez Lionel Messinin "Barselona"da qalmalı olduğunu düşünür.

Qol.az-ın məlumatına görə, 37 yaşlı yarımmüdafiəçi İspaniya mətbuatına açıqlamasında sabiq komanda yoldaşı haqda deyib:

"Barselona” Messiyə ehtiyac duyur, amma onun da "Barselona”ya ehtiyacı var. Fikrimcə, müqaviləsini artırmasa, tarixi bir səhv etmiş olar”.
Xavi düşünür ki, Messi tarixin ən yaxşı futbolçusudur: "Onu başqa bir klubda xəyal edə bilmirəm. Leo tarixin ən yaxşı futbolçusudur. Onun yoxluğu karyerasını başa vurduqdan sonra bilinəcək".

Qeyd edək ki, L.Messinin Kataloniya klubu ilə 2018-ci ilə qədər müqaviləsi var.
Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!