Vağzalda yatmağın qiyməti 5 manat oldu - FOTO

2017-04-17 17:42:46 / 6081 dəfə oxunub

Bakı Dəmiryolu Vağzalında sərnişinlərin istirahət etməsi üçün nəzərdə tutulan "Sleepbox”un bir saatlıq qiyməti 10 manatdan 5 manata endirilib.

Bunu Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova deyib.

QSC rəsmisi bildirib ki, "Sleepbox” istifadəyə veriləndən bu günə qədər 15-ə yaxın sərnişin bu xidmətdən istifadə edib. Şöbə rəisinin sözlərinə görə, ehtiyac olacağı halda "Sleepbox”un sayı artırılacaq.

Qeyd edək ki, "Sleepbox” qatarın gəlişini gözləyən sərnişinlərin istirahət etməsi üçün nəzərdə tutulub. Sərnişinlər "Sleepbox”da TV-yə baxa, öz kompüterlərində işləyə, həmçinin yata bilərlər. "Sleepbox” isti döşəmə, elektron jalüz və kondisionerlə təchiz olunub. Həmçinin burada istirahət edən sərnişin qatarların hərəkət cədvəlini onlayn rejimdə nəzərətdə saxlaya bilər. "Sleepbox”da istirahət etmək istəyən şəxs gözləmə zalının ikinci mərtəbəsində qeydiyyatdan keçməlidir.

azvision.az
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!