ADU-da yazıçı Elxan Elatlı ilə görüş keçirilib

2017-04-18 19:50:20 / 6794 dəfə oxunub

Aprelin 18-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Dil Xidmətləri Mərkəzinin təşkilatçılığı ilə yazıçı, şair, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, "Qızıl qələm” mükafatı laureatı Elxan Elatlı ilə görüş keçirilib. Adıçəkilən mərkəzin rəhbəri Nərmin Şirinli E.Elatlını universitetdə görməkdən şad olduğunu bildirib, onu iştirakçılara təqdim edib.

İştirakçıları xoş ovqatla salamlayan E.Elatlı tələbə gənclərlə görüşdən məmnunluq hissi duyduğunu bildirib. O, bədii ədəbiyyat, vətənpərvərlik, milli birlik kimi yüksək mənəvi-əxlaqi dəyərlərlə bağlı öz fikirlərini bölüşüb.

"Sevilən romanlar müəllifi Elxan Elatlı” kitabının həmmüəlliflərindən olan AYB-nin üzvü, ADU-nun Azərbaycan dili və ədəbiyyatı kafedrasının əməkdaşı Aynur Səfərli detektiv yazar E.Elatlının həyat və yaradıcılığı barədə məlumat verib. O, həmçinin yazıçının yeni nəşr olunmuş "Ölüm ağacının kölgəsində” kitabı haqqında danışıb.

İnteraktiv şəkildə keçən görüşdə yazıçı müəllifi olduğu bir sıra əsərləri haqqında məlumat verib, onların məzmunundan və müraciət etdiyi mövzulardan söz açıb.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!