Aysel Əlizadəyə "Porşe"ni sevgilisi alıb? - AÇIQLAMA

2017-04-19 14:10:36 / 4864 dəfə oxunub

Mətbuatda müğənni Aysel Əlizadənin 45 yaşlı Elçin adlı biznesmenlə sevgili olduğu və ona "Porşe" avtomobili hədiyyə etdiyi haqqında xəbərlər yayılıb.

Sabahinfo.az bildirir ki, Aysel Əlizadənin mətbuat katibi Zəminə Rüstəmova teleqraf.com-a açıqlamasında xəbəri təkzib edib:

"Aysel "Porşe" markalı avtomobilləri çox sevir. İki il öncə də "Porşe" sürürdü. Avtomobilin yeni modeli gəldiyinə görə, yeni "Porşe" alıb. Adıçəkilən şəxsə gəlincə, o, Ayselin dostudur. Aysel sənətçidir və cəmiyyətdə tanınan insandır. Onun bütün təbəqələrdən dostlarının olması normaldır. Bunu kimsə şəxsi münasibətə yozursa, hüquqi müstəvidə cəzalanıdırılacaq. Əgər sübut olmadan dostluğu şəxsi münasibətə çevirirlərsə, qanun qarşısında cavab verəcəklər. Yayılan xəbərlər şayiədir".


Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!