Azərbaycanda eşşək pendiri satılır - ŞOK QİYMƏT

2017-04-20 18:05:37 / 8515 dəfə oxunub

Bir çox ölkələrdə, o cümlədən Türkiyədə eşşək südü inək və ya keçi südündən dəfələrlə baha qiymətə, litri təqribən 50-60 manata satılır. Bir çox mütəxəssislər də təsdiqləyir ki, eşşək südündən hazırlanan ağartı min bir dərdin dərmanıdır.

Fermerlərin sözlərinə görə, eşşək südünün qiymətinin son illər qalxmasına səbəb tələbin çox olmasıdır. Onlar artıq öz fermalarını genişləndirmək üçün yeni heyvanlar alırlar. Deyilənə görə, eşşək südü sağalmaz xəstəlik hesab edilən xərçəngdən qorunmaq üçün ən gözəl vasitədir. Maraqlıdır, Azərbaycanda eşşək südünün qiyməti neçədir? Ümumiyyətlə, bizdə bu işlə məşğul olan fermalar varmı?

Sabahinfo.az xəbər verir ki,cebhe.infosuallara cavab tapmaq üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yolçu Xanvəli ilə əlaqə saxlayıb.

Y.Xanvəli sözügedən sayta açıqlamasında Azərbaycanda belə fermaların olmadığını deyib: "Azərbaycanda belə ferma yoxdur. Amma ayrı-ayrı şəxslər bu heyvanı saxlayır. Südün qiyməti ilə bağlı dəqiq informasiyam yoxdur, amma eşşək südündən hazırlanan pendirin bir kilosu 58 manatdır".


Son xəbərlər
Stadnik dünya çempionu oldu
2019-09-18 16:44:20
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!