Tarkan "Formula-1" üçün Bakıya gəlir

2017-04-21 16:22:05 / 3320 dəfə oxunub

Bakıda keçiriləcək növbəti "Formula-1" yarışının ilk günündə məşhur türkiyəli müğənni Tarkan Bakıda azarkeşlərinin qarşısında səhnəyə çıxacaq.

Bu barədə Baku City Circuit şirkətinin Marketinq və Kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai bildirib.

Onun sözlərinə görə, Tarkan Bakıda 23 iyun tarixində çıxış edəcək:

"Bilet alan insanlar üçün konsert proqramı olacaq. Onlar Tarkanın ən sevilən və yeni albomundan olan mahnılarını dinləyəcəklər. Tarkan tam konsert proqramı ilə 2 saat səhnədə çıxış edəcək”.

N.Arpadarai qeyd edib ki, növbəti iki ulduzun adı 10 gün ərzində açıqlanacaq.

azvision.az
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!