Tarkan Bakıda 2 saata 500 min dollar qazanacaq? - Açıqlama

2017-04-24 11:39:12 / 4775 dəfə oxunub

Bakıda keçiriləcək növbəti "Formula-1" yarışının ilk günündə səhnəyə çıxacaq məşhur türkiyəli müğənni Tarkanın nə qədər qonorar alacağı bəlli olub.

Türkiyə mətbuatında yer alan məlumatlara görə, meqastar 2 saatlıq konsert proqamı üçün 500 min dollar alacaq.

Qeyd edək ki, "Formula 1” 1 Grand-Pri yarışları çərçivəsində ilk günün ulduzu Tarkan olacaq. Digər iki ulduzun adı isə hələ açıqlanmayıb.

Baku City Circuit şirkətinin Marketinq və Kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai bildirib ki, müqavilənin şərtləri konfedensialdır və bu barədə açıqlama verilmir.

"Tarkan tərəfinin də öhdəlikləri var ki, qonorarın məbləği açıqlanmasın. Ola bilsin ki, bu hansısa saytın istinadsız xəbəridir və inanmağa ehtiyac yoxdur. Bizim tərəfimizdən heç bir şərh olmayacaq”.

azvision.az
Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!