İslamiadada qadın idmançılarımız hicab geyinəcəklər?

2017-04-24 17:28:51 / 4338 dəfə oxunub

Azərbaycanda keçiriləcək IV İslam Həmrəylik Oyunlarında 57 ölkədən 3 mindən çox idmançı iştirak edəcək. May ayının 12-dən 22-dək davam edəcək yarışlarda kişilərlə yanaşı müxtəlif ölkərələrdən gələn qadın idmançılar da güclərini sınayacaqlar.

İslam oyunlarında qadın idmançılar qapalı geyimləri ilə diqqət çəkirlər. İran, Səudiyyə Ərəbistanı, Pakistan və digər müsəlman ölkələrində qadınların geyimləri ilə bağlı xüsusi qadağalar mövcuddur. Yarışların hansı ölkədə keçirilməsindən aslı olmayaraq, həmin ölkələrin qadın təmsilçiləri qapalı geyinirlər.

Azərbaycanda keçiriləcək yarışlarda bütün qadın idmançılara hicab geyindiriləcək, yoxsa seçim idmançıların öz ixtiyarına veriləcək?

"Bakı-2017” IV İslam Həmrəylik Oyunları Əməliyyat KomitəsindənAzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qadın idmançılar üçün xüsusi geyim nəzərdə tutulmayıb, hər idmançı təmsil etdiyi ölkənin idman federasiyasının təsdiqlədiyi geyim formasında yarışa qatılacaq.

"İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək hər bir qadın idmançı həmin idman növünün idarə edilməsinə cavabdeh olan Beynəlxalq Federasiyanın qayda və qanunlarına müvafiq olduğuna görə hicab geyinə bilər”, deyə məlumatda vurğulanıb.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!