Avtomobillərin dövlət qeydiyyatı şərtləri dəyişdi

2017-04-25 17:08:26 / 7163 dəfə oxunub

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Yol hərəkəti haqqında" qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, nəqliyyat vasitələrinin dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçiriləcək.

Layihədə qeyd olunub ki, bu, texniki baxışı həyata keçirən qurumların fəaliyyətinin təkmilləşdirilməsinə xidmət edir.

Qeyd edək ki, bu qanunun 27-ci maddəsinin ikinci hissəsinin 2-5-ci bəndlərində və üçüncü hissəsində nəzərdə tutulmuş nəqliyyat vasitələri, həmçinin avtobuslar, icazə verilən maksimum kütləsi 3.5 tondan artıq olan yük avtonəqliyyat vasitələri, təhlükəli yüklərin daşınması üçün xüsusi xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələrinin - istehsal olunduğu vaxtdan 1 il müddətinə texniki baxışdan keçirilməməsi nəzərdə tutulur.

Qanuna əsasən, istehsal olunduqları vaxtdan 4 il keçdikdə 2 ildə bir dəfə, istehsal olunduqları vaxtdan 10 il keçdikdə - ildə bir dəfə texniki baxışın keçirilməsi nəzərdə tutulur.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.


Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!