Rəfiqəsinə qoşulub qaçdığı deylən qızın ATASI: “Qızım yanımdadır, ləkə yaxırlar”

2017-04-27 19:14:37 / 5896 dəfə oxunub

Gəncə Dövlət Universitetinin tələbəsi olan Ayla Əliyeva tələbə yoldaşı Nazlı Qulamovaya (adlar şərtidir-red.) qoşulub qaçması barədə xəbər bu gün ölkə mediasının ən çox müzakirə edilən hadisələrdən idi.

Modern.azməsələ iləı bağlı rəfiqəsinə qoşulub qaçdığı iddia edilən Ayla Əliyevanın atası Aslan İsmayılovla əlaqə saxlayıb. Ata yayılna xəbəri dezinformasiya adlandırıb.

"Bizim qızımızın hara getdiyindən və kiminlə olduğundan xəbərimiz var. Qızım yaxın rəfiqələri ilə Şəkiyə gəzintiyə getmişdi. Qızlardan birinin telefonu xarab olduğu üçün ailəsi ilə əlaqə saxlaya bilməyib. Normal olaraq ailə də narahat olub. Nəticədə qarşı tərəfin ailəsi polisə müraciət edib və hadisə böyüyüb. Qızların qoşulub qaçmaq məlumatı dezinformasiyadan başqa bir şey deyil. Bu məlumatın necə yarandığını bilmirik. Ayla (şərtidir-red) hazırda yanımızdadır. Biz kiminsə təkidi ilə qızımızı universitetdən uzaqlaşdırmamışıq. Belə xəbərləri yayan insanlar qızın gələcəyini, ailəsini düşünmürlər. İnsanın mənəviyyatı, şərəfi ilə oynayırlar. Bir insana ləkə yaxmaq bu qədər asan olmamalıdır. Qızımla sevgili olduğu iddia edilən qız da hazırda ailəsinin yanındadır. Çox yaxın rəfiqə olduğu üçün belə məlumatlar yayıblar. Halbuki o qız nişanlıdır. Bu xəbəri yayanlar qızın özünü öldürə biləcəyini düşünmədilərmi? Biz axı mentalitet, adət-ənənə ilə yaşayan insanlarıq. Qızımın Türkiyəyə qaçdığını da deyilər. Axı onun heç xarici pasportu yoxdur! Bu necə ola bilər?.".


Son xəbərlər
TƏBRİK
2019-09-02 12:02:59
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!