Suriya və İraqda 89 PKK-çı öldürüldü

2017-04-29 14:48:55 / 4161 dəfə oxunub

Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahı Hərbi Hava qüvvələrinin İraqın şimalındakı Sincar və Suriyanın şimalındakı Karaçok dağlarında yerləşən terrorçuların hədəflərinə qarşı 25 apreldə həyata keçirilən hava hücumunun nəticələrinə dair məlumat yayıb.

Sabahinfo.az-ın "Anadolu”ya istinadən verdiyi xəbərə görə, hava zərbələri nəticəsində Sincar və Karaçok dağı bölgəsindəki PYD/YPG/PKK düşərgələrində 4-ü səhra komandiri olmaqla 89 terrorçu zərərsizləşdirilib.

Hava əməliyyatı zamanı ümumilikdə 90-dan çox terrorçu yaralanıb. Yaralılar müalicə məqsədilə İraqın şimalındakı xəstəxanalara aparılıb.

Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!