Dəniz Sekinin azadlığa çıxma vaxtı dəqiqləşdi

2017-04-29 17:25:57 / 4889 dəfə oxunub

2014-cü ildən həbsdə olan müğənni Dəniz Sekinin azadlığa çıxma günü və saatı bəlli olub.

Sabahinfo.az axşam.az-a istinadən bildirir ki,o, iyunun 5-də saat 09:00-da Bakırköy həbsxanasından azadlığa çıxacaq.

Qeyd edək ki, D.Seki 2009-cu il fevralın 2-də "narkotik maddə ilə təmin etmək" ittihamı ilə həbs olunub və oktyabrın 24-dəki ilk məhkəməsinə kimi həbsdə yatıb. Daha sonra azadlığa buraxılsa da, "Kokain satmaq, almaq və istifadə etmək", "Başqalarını narkotik maddə ilə təmin etmək" ittihamları ilə yenidən haqqında cinayət işi açılıb. Məhkəmə 6 il 3 ay həbs cəzası qərarı çıxardıqdan sonra D.Seki ortalıqdan itmiş, 2014-cü ilin noyabrın 6-da gizləndiyi evdə həbs olunmuşdu.


Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!